Icma.az
close
up
RU
Baş : teatr səhnəsində tarix dərsi

Baş : teatr səhnəsində tarix dərsi

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Il mio pubblico è morto”. Bu, əfsanəvi Federiko Fellininin sözüdür. İtalyancadan tərcüməsi belədir: "Mənim tamaşaçım ölüb".

Fellini bunu ömrünün son çağlarında verdiyi bir müsahibədə demişdi. Onun tamaşaçısı, bəli, "ölmüşdü": zövqlər, sənətə yanaşma dəyişmişdi. Bəs bizdə? Biz özümüzü salamatlığa vurmuşuq; ölü kimi görünmək istəmirik. Sabir o halımıza bir əsr əvvəl "bərkdən" qəhqəhə çəkib gülmüşdü: "Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə?!"

Bəlkə də özünə bu qədər gülən ikinci bir toplum yoxdur. Tarix boyu özünə, özgəyə o qədər ürəkdən gülür ki, özünə gün ağlamaq ağlına da gəlmir. Şair də deyir: "Ağlamağı bacarsaydım, sənə gün ağlayardım".

Bizim milli taleyimizin elə dönəmləri, elə sərt döngələri oldu, özümüzə gün ağlamağı ağlımıza da gətirə bilmədik. Böyük görünmək üçün o qədər parçalanıb, bölünüb xırdalandıq ki, axırda daha bir İmperiya gəlib, bizi bir-bir "yedi".

Bizim tarixşünaslığımızda xanlıqlar dövrümüz - ağır dramlar və milli utanc periodu çox uzaq keçmiş olmasa da, çox da dərindən araşdırılmayıb. Bilgilərimiz var, onlsr da yeni nəsillərə lazımınca ötürülməyib. Ancaq ədəbiyyat, mədəniyyət qolunu çırmalayıb bu işə girişib. Bu mənada yazıçı, mərhum Elçin Əfəndiuevin "Baş" romanı müntəxəbata layiq ibrətli bədii mətndir. Bir də bu bədii mətni Azərbaycan Akademik Dövlət Dram Teatrında səhnələşdirən, quruluş verən əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə var. Bu yaradıcı ziyalı xanım öz işinin gerçək ustasıdır. Onun quruluşunda "Baş" tamaşasına baxdım. Hələ də təsirindən ayrılmamışam.

Mən, əlbəttə, sənətşünas kimi təhlil edə bilmərəm; sənətşünas deyiləm, olsa-olsa, babat tamaşaçıyam. Ancaq istər rejissor işi, istər aktyor seçimi, səhnə mizanları ən hazırlıqsız tamaşaçının da diqqətini cəlb edir. Bunlar hamısı çox yüksək sənətkarlıq səviyyəsində idi. Aktyor ansamlı tam bir çempionlar liqasını xatırladır; qocalı-cavanlı hamısı bir-birindən usta! Kimlər yoxdur! Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev... Hamısını sadalamayacam. Ən yaxşısı gedib özünüz görün. Bəlkə də təkcə elə Füzuli Hüseynovun oyununu izləmək üçün də getməyə dəyər. Möhtəşəm rejussura həlli ilə aktyor məharəti Sisianov obrazında birləşib.

Əsər 19-cu əsrin əvvəlində general Pavel Sisianovun amansız komandanlığı altında olmaqla Rusiya qoşunlarının Azərbaycan xanlıqlarını işğalından bəhs edir. Gəncə xanı Cavad xanın mərdanə duruşu, son damla qanına kimi döyüşməsi, Qarabağ xanı İbrahim xanın vicdanlı aldanışı - faciəvi yanlışı, Bakı xanı Hüseynqulu xanın öz xalqını qoruma çırpıntıları, rus işğalı qarşısında İran taxtındakı oturan Qacarların və Osmanlı sultanının səssiz qalması - türklərin birləşə bilməməsi, Azərbaycanın bölünməsi, daxildə milli dönüklərin xəyanəti... Çox şey var.

Bu tamaşa xüsusilə indiki məqamda fövqəladə aktualdır; necə deyərlər, lap yeinə düşüb. Yenə də rus imperiyası öz qonşuluğunda yaşayan xalqların torpaqlarına göz dikib, yurdlarını qəsb edir, dağıdır, qırğınlar törədir. Azərbaycana da qarı təhdidlər sovurur. Bax, belə bir tarixi anda "Baş" tamaşası bizə dostumuzu da, dost kimi görünənlərin gizli sifətini də aydın göstərir.

Bu tamaşa təkc rejissorun, aktyorların, Teatrın uğuru, tamaşaçıların - xalqın qazancıdır. Tarix səhnəsində başımıza gələn facilərin əsl səbəbləri teatr səhnəsində bizə göstərilir. Gələcək mümkün faciələrdən qorunmaq üçün bu, bizə çox gərəkli bir bədii tarix dərsidir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri