Smartfonlar yaddaşımızı necə məhv edir?
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Oksford Universitetinin koqnitiv elmlər şöbəsinin apardığı araşdırma müasir insanların yaddaş strukturunun tamamilə dəyişdiyini və təhlükəli həddə çatdığını göstərir.
Redaktor.az xəbər verir ki, alimlər buna "rəqəmsal amneziya" (və ya Google effekti) adı veriblər. Beynimiz çox qənaətcil bir orqandır; əgər məlumatın internetdə və ya telefonda qeyd olunduğunu bilirsə, onu uzunmüddətli yaddaşa köçürməyə ehtiyac duymur və dərhal silir. Bu səbəbdən müasir insanlar ən yaxınlarının telefon nömrələrini, ünvanları və hətta bir neçə gün əvvəl oxuduqları vacib məlumatları belə xatırlamaqda çətinlik çəkirlər.
Psixoloqlar xəbərdarlıq edir ki, bu proses beynin neyron əlaqələrini zəiflədir və gənc yaşlarda unudanlıq xəstəliyinin əsasını qoyur. Beyni qorumaq üçün hər gün naviqatorsuz yol tapmaq, telefon nömrələrini əzbərləmək və rəqəmsal detoks etmək mütləqdir.
Xədicə BAXIŞLI
Baxış sayı:144
Bu xəbər 20 May 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















