Icma.az
close
up
RU
Azərbaycanın xarici ticarətində yeni geoiqtisadi mərhələ

Azərbaycanın xarici ticarətində yeni geoiqtisadi mərhələ

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir beynəlxalq münasibətlər sistemində xarici ticarət artıq dövlətlərin geosiyasi dayanıqlığını və strateji çəkisini müəyyən edən əsas indikatorlardan birinə çevrilib. Xüsusilə enerji təhlükəsizliyi ətrafında formalaşan beynəlxalq rəqabət enerji ixrac edən və tranzit imkanlarına malik ölkələrin rolu daha da artırıb. Hörmüz boğazı ətrafında yaranan gərginlik də bu reallığı bir daha açıq şəkildə nümayiş etdirdi. Dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi bu marşrutda hər hansı risk beynəlxalq enerji bazarlarında qiymət artımı, logistika xərclərinin yüksəlməsi və ticarət zəncirlərində qeyri-müəyyənlik yaradır. Belə bir şəraitdə Azərbaycan yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi daha çox diqqət mərkəzinə çıxır.

Əslində, hazırkı geosiyasi şərait Azərbaycanın xarici ticarət modelinin strateji üstünlüklərini daha aydın göstərir. Son illər ərzində dünya iqtisadiyyatı bir neçə paralel böhranla üzləşib. Buna misal olaraq Rusiya–Ukrayna müharibəsi, Qırmızı dənizdə təhlükəsizlik problemləri, Çin–Qərb rəqabəti və Yaxın Şərqdə baş vermiş müharibəni qeyd etmək olar. Baş verən hadisələr də eyni zamanda beynəlxalq ticarət marşrutlarını daha həssas hala gətirib. Belə situasiyada dövlətlər üçün əsas məsələ artıq yalnız enerji resursu əldə etmək deyil, həmin resursların hansı ölkədən və nə qədər etibarlı marşrutla gəlməsidir. Məhz bu nöqtədə Azərbaycanın geoiqtisadi əhəmiyyəti artır.

Azərbaycan uzun illərdir ki, enerji siyasətində “təchizat etibarlılığı” prinsipini qoruyub saxlayır. Bu, təsadüfi formalaşmış reputasiya deyil. Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP və TAP kimi layihələr təkcə iqtisadi layihə deyil, Avrasiyanın enerji təhlükəsizlik arxitekturasının mühüm elementinə çevrilib. Azərbaycan indiyədək tərəfdaş ölkələr qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib və heç bir mərhələdə enerji ixracını siyasi təzyiq alətinə çevirməyib. Avropa İttifaqının son illərdə Azərbaycanla enerji əməkdaşlığını genişləndirməsi də məhz bu etimad faktorundan qaynaqlanır.

Hörmüz böhranın davam etməsi isə daha kritik xarakter almağa başlayıb. Çünki beynəlxalq bazarlarda əsas narahatlıq yalnız neftin qiyməti deyil, enerji təchizatının davamlılığıdır. Əgər Hörmüz boğazında risklər aradan qalxmazsa, Avropa və Asiya bazarları alternativ enerji və logistika marşrutlarına daha çox ehtiyac duyacaq. Azərbaycan burada iki istiqamətdə strateji üstünlüyə malikdir. Birincisi, ölkə birbaşa enerji təchizatçısıdır. İkincisi isə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm tranzit mərkəzidir. Bu amil ölkənin xarici ticarət siyasətini yalnız ixrac modeli olmaqdan çıxararaq regional logistika gücünə çevirir.

Statistikalara əsasən 2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 48,9 milyard ABŞ dollarına çatıb. İxracın həcmi 24,5 milyard dollar, idxal isə 24,3 milyard dollar təşkil edib və ölkə müsbət ticarət saldosunu qoruyub saxlayıb. Xarici ticarətdə əsas tərəfdaşlar sırasında İtaliya, Türkiyə, Rusiya və Çin ön sıralarda yer alır. Qeyri-neft-qaz məhsullarının ixracı da artaraq 3,6 milyard dolları keçib.

Lakin statistik göstəricilərin arxasında daha mühüm məqam dayanır. Azərbaycanın xarici ticarət strukturunda hələ də enerji sektoru dominant mövqeyə malikdir. Bu isə o deməkdir ki, qlobal enerji bazarlarında baş verən dəyişikliklər ölkənin xarici ticarət balansına birbaşa təsir göstərir. Hörmüz böhranı nəticəsində neft qiymətlərinin yüksəlməsi qısamüddətli perspektivdə Azərbaycan üçün əlavə gəlirlər yaradacaq. Ancaq uzunmüddətli baxımdan əsas məsələ enerji qiymətlərindən daha çox iqtisadi şaxələndirmədir. Çünki müasir iqtisadi sistemdə davamlı güc yalnız resurs satışından deyil, yüksək əlavə dəyər yaradan qeyri-neft ixracından formalaşır.

Son illərdə Orta Dəhlizin aktuallaşması Azərbaycan üçün yeni iqtisadi imkanlar açır. Çin ilə Avropa arasında alternativ ticarət marşrutlarına marağın artması Azərbaycanın tranzit potensialını gücləndirir. Xəzər üzərindən keçən yükdaşımaların həcminin artması ölkənin logistika və nəqliyyat sektorunun strateji əhəmiyyətini yüksəldir. Əgər əvvəllər Azərbaycan əsasən enerji ixracatçısı kimi qəbul olunurdusa, hazırda ölkə regional ticarət və nəqliyyat potensialını da gücləndirməyə çalışır.

Azərbaycanın əsas üstünlüyü yalnız coğrafi mövqeyi və enerji ehtiyatları deyil. Ən mühüm faktor siyasi sabitlik və etibarlı tərəfdaş imicidir. Qlobal iqtisadiyyatın əsas problemi artıq resurs çatışmazlığından çox, etibarlı tərəfdaş çatışmazlığıdır. Bu səbəbdən beynəlxalq sistemdə öhdəliklərinə sadiq qalan dövlətlərin strateji əhəmiyyəti artır. Azərbaycan da məhz bu xüsusiyyət sayəsində regional iqtisadi proseslərdə təsir imkanlarını genişləndirə bilir.

Hazırkı mərhələdə qarşıda duran əsas məsələ bu üstünlüyü davamlı iqtisadi transformasiyaya çevirməkdir. Əgər enerji gəlirləri qeyri-neft ixracının, sənaye istehsalının, texnologiya və logistika sektorunun inkişafına yönləndirilərsə, Azərbaycan yalnız enerji tərəfdaşı deyil, bütövlükdə Avrasiyanın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilə bilər. Hörmüz böhranı və qlobal enerji riskləri isə göstərir ki, yaxın illərdə məhz etibarlı və strateji mövqeyə malik dövlətlərin rolu daha da artacaq. Azərbaycan üçün yaranan əsas imkan da məhz bu yeni geoiqtisadi reallıqdan maksimum faydalanmaqdır.

Əli Səlimov, iqtisadçı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 May 2026 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri