Baş yepiskop Sergey Ryaxovski Prezidentə başsağlığı verib
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Federasiyasının baş yepiskopu Sergey Ryaxovski Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Milli.Azxəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar Rusiyanın yevangelist xristianlar ittifaqı adından və şəxsən öz adımdan ən dərin hüznlə başsağlığımı ifadə edirəm.
Biz, dindarlar belə ağır məqamlarda birliyin və dualarla dəstək verilməsinin vacibliyini daha çox anlayırıq. Həlak olanların yaxınları və xəsarət alanlar üçün kilsələrimizdə və evlərimizdə dualar edirik.
Uca Yaradan həyatını itirənlərin ailələrinə səbir, yaralananlara şəfa versin.
Sizinlə birlikdə kədərlənirik, dualarımız xalqınızladır.
Tanrı şəfaya, köməyə, qayğıya və təsəlliyə ehtiyacı olan hər kəsin yanında olsun!".
Milli.Az
Baxış sayı:97
Bu xəbər 29 Dekabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















