Peres milyarder Bernar Arnonu “Real Madrid”ə sərmayə yatırmağa sövq edir
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Real Madrid”in prezidenti Florentino Peresin klubun biznesinə özəl kapital cəlb etmək planında fransalı milyarder Bernar Arno ilə əlaqəli tərəflərin adı çəkilir.
İdman.Biz İspaniyanın “Vozpópuli” nəşrinə istinadən xəbər verir ki, Peresin maliyyə məsələləri üzrə müşaviri Anas Laqrari beynəlxalq investorların, o cümlədən Arnonun yaxın çevrəsinin layihəyə marağını araşdırıb.
Nəşrin məlumatına görə, nəzərdən keçirilən model ayrıca kommersiya şirkəti vasitəsilə investorların cəlbini nəzərdə tutur. Layihənin həyata keçirilməsi üçün klub üzvlərinin dəstəyi tələb olunur. Arno ilə razılaşma əldə edildiyi barədə isə məlumat verilmir.
Qeyd edək ki, Peres bu modelin əsaslarını 23 noyabr 2025-ci ildə klub üzvlərinin ümumi yığıncağında açıqlayıb. O, yaradılacaq törəmə şirkətdə, məsələn, beş faizlik payın bir və ya bir neçə uzunmüddətli investora verilə biləcəyini söyləyib.
Peresin təqdim etdiyi layihəyə əsasən, nəzarət və idarəetmə klub üzvlərinin əlində qalmalıdır. Həmin açıqlamada islahatın əvvəlcə fövqəladə yığıncaqda müzakirəsi, daha sonra isə üzvlərin referendumuna çıxarılması nəzərdə tutulub.
Baxış sayı:80
Bu xəbər 11 Noyabr 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















