Icma.az
close
up
RU
Başa alınan zədələr çəpliyə səbəb olur DİQQƏT

Başa alınan zədələr çəpliyə səbəb olur DİQQƏT

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Övladınızın gözlərində fərqlilik müşahidə edirsiniz? Xüsusilə bir gözünün aşağı, digərinin isə fərqli istiqamətə baxdığını görürsünüzsə, çəplikdən şübhələnə bilərsiniz.
Pravda.az gözlərdəki çəplik haqqında vacib məlumatları təqdim edir:


Çəplik nədir?


Sağlam insanda gözlərin hərəkətləri bir-biri ilə paraleldir. Lakin müxtəlif səbəblərə görə bu sinxronluq poza bilər. Göz hərəkətlərindəki bu pozulma çəplik kimi tanınır. Çəplik zamanı gözlər eyni xətdə olmur və müxtəlif istiqamətlərə baxır. Bir göz düz baxarkən, digər göz adətən içəri, xaricə və ya yuxarıya doğru yönəlir. Bəzən isə hər iki göz birlikdə də sürüşə bilər.


Çəplik hansı səbəblərdən yaranır?


Çəpliyin meydana gəlməsinə bir çox səbəb təsir edə bilər. Dəqiq səbəb məlum olmasa da, göz ətrafındakı əzələ və sinirlərin idarəsində baş verən anormallıqlar çəpliyə yol aça bilər. Bununla yanaşı, başa alınan zədə və ya travma, gözlərdə meydana gələn yaralanmalar da çəpliyə səbəb ola bilər. Genetik amillər də çəpliyin yaranmasına təsir edə bilər. Ailədə çəplik varsa, uşaqlarda da bu problemin ortaya çıxma ehtimalı artır. Bundan əlavə:


Ananın hamiləlik dövründə keçirdiyi müxtəlif xəstəliklər,
Erkən və ya gec doğuş,
Doğuşdan sonra travmalar,
Yüksək hərarətli xəstəliklər,
Qıcolmalar,
Beyin şişləri,
Hidrosefaliya,
Beyin iflici,
Göz dərəcələrinin çox yüksək olması çəpliyin yaranmasına səbəb ola bilər.
Çəpliyin əlamətləri nələrdir?


Çəpliyin ən əsas ilkin əlaməti gözlərdə ani sürüşmələrdir. Əgər normal şəraitdə şəffaf olması lazım olan buynuz qişa və göz büllurunda bulanıqlıq varsa, mütləq həkimə müraciət etmək lazımdır. Çəplik doğuşdan gəlmə ola biləcəyi kimi, yetkin yaş dövründə də ortaya çıxa bilər. Xüsusilə, insanlarda ikili görmə və tarazlıq problemləri ilə özünü göstərir. Ən çox rast gəlinən əlamətlər bunlardır:


Gözlərin sinxron hərəkət etməməsi,
Başın və ya üzün bir tərəfə çevrilməsi,
Gəzinti zamanı tarazlığın pozulması,
İşıqlı mühitlərdə bir gözü qısmadan baxmaq,
Göz yaşarması,
Bulanıq görmə,
Üçölçülü görmə qabiliyyətinin itməsi,
Baş və göz ağrısı.
Çəplik növləri hansılardır?


Göz sürüşməsinin növü və yaranma səbəbinə görə çəplik aşağıdakı növlərə bölünür:


Göz sürüşməsinin növünə görə:
İçəri sürüşmə,
Uyğunlaşmaya bağlı içəri sürüşmə,
Xaricə sürüşmə.
Yaranma səbəblərinə görə:
Əzələ iflicinə bağlı çəplik,
Doğuşdan gələn çəplik,
Yetkinlik dövründə ortaya çıxan çəplik,
Gizli çəplik.
Çəplik necə diaqnoz və müalicə edilir?


Çəplik probleminin diaqnostikası olduqca asandır. Klinik göz müayinəsi ilə asanlıqla müəyyən edilə bilər. Çəpliyin müalicəsində erkən diaqnoz çox mühüm rol oynayır. Buna görə də yuxarıda sadalanan əlamətləri göstərən uşaqlar 4 yaşına qədər mütləq göz həkiminə aparılmalıdır.


Müalicənin ilk mərhələsi detallı müayinədir. Bu müayinə zamanı çəpliyin yaranma səbəbləri araşdırılır. Həmçinin göz sürüşməsinin dərəcəsi və varsa digər göz xəstəlikləri müəyyən edilir. Əgər xəstə uyğundursa, cərrahi müdaxilə tətbiq olunur və çəplik müalicə edilir. Əgər uşaqda göz tənbəlliyinə bağlı çəplik varsa, əməliyyatdan öncə damcı və ya tək gözün bağlanması üsulu ilə müalicə edilə bilər.
Əminə Bayramova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Aprel 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see128

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see127

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Gərginləşən Rusiya Azərbaycan münasibətlərinin əsl səbəbi… Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)

04 İyul 2025 19:22see123

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see122

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see119

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see119

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see119

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see119

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see117

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

04 İyul 2025 23:35see116

Üç qardaş Xankəndidə xatirə şəkli çəkdirdi VİDEO

04 İyul 2025 21:28see115

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see114

Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi Temperatur 44 dərəcəyə çatacaq

05 İyul 2025 15:18see112

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

05 İyul 2025 15:16see112

Avro qalxır, bu, Azərbaycan bazarına necə təsir edir? Açıqlama + VİDEO

05 İyul 2025 10:04see111

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı illər sonra danışdı

05 İyul 2025 14:44see110

Şahbaz Şərif Azərbaycanı tərk etdi

04 İyul 2025 21:30see110

Yuventus Mançester Yunayted lə anlaşdı

04 İyul 2025 21:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri