Icma.az
close
up
RU
Başağrı istəmirsinizsə, bu 3 modeldən uzaq durun

Başağrı istəmirsinizsə, bu 3 modeldən uzaq durun

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Avtomobil bazarında bəzi krossoverlər sərfəli görünə bilər, amma ekspertlər onların tez-tez texniki problemlərlə üzləşdiyini bildirir.

Milli.Az xəbər verir ki, rusiyalı ekspert Evgeni Jitnuxin açıqlamasında ən problemli modellər kimi Land Rover, Volkswagen və Peugeot krossoverlərini göstərib.

Onun sözlərinə görə, "Land Rover Discovery"nin ikinci və üçüncü nəsillərində elektron sistemlər və transmissiyada nasazlıqlar tez-tez baş verir. 3.0 litr həcmli benzin mühərrikində isə 100 min km-dən sonra ciddi problemlər yaranma riski yüksəkdir. Mühərrikdə yağ sərfi artır, fazovraçlar ( mühərrikdə valvların açılma və bağlanma zamanını tənzimləyən mexanizm ) sıradan çıxır və soyutma sistemi nasazlıqları müşahidə olunur.

Volkswagen Tiguanın birinci nəsli də servis mərkəzlərinin daimi qonağıdır. 1.4, 1.8 və 2.0 TSI turbodizellərdə yüksək yağ sərfi problemi var və 100 min km-dən sonra baha təmir tələb olunur. Turbinanın ömrü adətən 150-180 min km-dən artıq olmur. Altı pilləli avtomat transmissiya isə digər klassik modellərə nisbətən daha az etibarlıdır. Həmçinin, modelin karoseriya və asqı hissələrində korroziya halları müşahidə olunur.

Peugeot 2008-in birinci nəsil modeli isə mühərrikləri ilə seçilir. 1.6 (EP6) mühərrikində zəncir 50-80 min km-də dəyişdirilməlidir. 1.2 (EB2) mühərrikində isə zəncir mühərrik ömrünü qısaldır və 100-120 min km-dən sonra problem yarana bilər. Ümumilikdə, Peugeot mühərriklərinin ömrü 200 min km-dən çox olmur.

Jitnuxin qeyd edib ki, məhdud büdcəsi olanlar bu modellərdən uzaq durmalıdır. İlk baxışda ucuz görünsələr də, təmir xərcləri ilkin qənaəti bir neçə dəfə üstələyə bilər.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Dekabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri