Icma.az
close
up
RU
Başçısız qalan icra hakimiyyətləri SİYAHI

Başçısız qalan icra hakimiyyətləri SİYAHI

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda ölkədə rəhbərsiz qalan icra hakimiyyətlərinin sayı 6-ya çatıb. Hazırda 2 şəhər və 4 rayon icra başçısı təyinatı gözləyir.

Modern.az həmin rayon və şəhərlərin siyahısını təqdim edir.

Qaradağ rayonu: Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsindən altı ay ötür. 2026-cı il yanvarın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən 64 yaşlı sabiq icra başçısından sonra rayona hələ də yeni rəhbər təyin olunmayıb. Hazırda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini birinci müavin Emil Abbasov icra edir.

Culfa rayonu: 2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad olunub. İki ildən çoxdur rayona yeni başçı təyin edilməyib. Rəhbər səlahiyyətlərini müvəqqəti olaraq başçının müavini Sara Hüseynova icra edir.

Gədəbəy rayonu: 2022-ci ilin avqustunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Orxan Mürsəlov ötən ilin noyabrında Göyçay Rayon İcra Hakimiyyətinə başçı göndərilib. Hazırda Gədəbəydə icra başçısı vəzifəsini müavin Natiq Nağıyev icra edir.

Naftalan şəhəri: Ötən ilin noyabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şəhərə hələlik yeni rəhbər təyin olunmayıb.

Ağdərə rayonu: 2023-cü il dekabrın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.

Naxçıvan şəhəri: Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev bu ilin fevralında Muxtar Respublikanın Baş naziri təyin olunduğu üçün postu vakant qalıb. Hazırda başçının vəzifələrini birinci müavin Əhməd Vəliyev müvəqqəti icra edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyul 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri