Icma.az
close
up
RU
Bu rayonlar başçısız QALIB

Bu rayonlar başçısız QALIB

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycanda hazırda 3 rayonun icra başçısı vəzifəsi boşdur.

Bakupost.az xəbər verir ki, bunlar Qax, Bakı şəhərinin Nəsimi və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır.

Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncamla Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev vəzifəsindən azad edilib. O, həmin posta 2010-cu ildə təyinat alıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyunun 20-də Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və icra başçısı M.Şəkiliyevi saxlayıb. Səbail Rayon Məhkəməsi M.Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan təbdir seçib. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Hələlik Qaxın icra başçısı vəzifəsinə təyinat olmayıb. Bu vəzifəni müvəqqəti olaraq İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev yerinə yetirir.

Bakının Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı postu da boşdur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı sərəncamla icra başçısı Asif Əsgərov işdən çıxarılıb. O, 2015-ci ildən həmin vəzifədə çalışırdı. A.Əsgərov hazırda Milli Məclisin deputatıdır.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti olaraq başçının müavini Zahid Xəlilov icra edir.

Azərbaycanın ən uzun müddətə icra başçısız qalan rayonu Culfadır. Prezident İlham Əliyev 2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyevi vəzifəsindən azad edib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı.

Adıçəkilən rayonun icra başçısının səlahiyyətlərinin icrası müvəqqəti olaraq başçının müavini Sara Hüseynovaya tapşırılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 İyun 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri