Icma.az
close
up
RU
Başgicəllənmə bu xəstəliyin əlamətidir

Başgicəllənmə bu xəstəliyin əlamətidir

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ani başlayan başgicəllənməsi xəstəlik əlaməti ola bilər.

Ölkə.az xəbər verir ki, bu, çox vaxt sadə problem kimi qəbul edilsə də, bu vəziyyət daxili qulaq mənşəli bəzi xəstəliklərin əlaməti ola bilər.

Xüsusilə başgicəllənməsinə qulaqda küy, təzyiq hissi və eşitmə itkisi olarsa, diqqətli olmaq lazımdır. Bildirilir ki, bu cür əlamətlər gündəlik həyatı ciddi şəkildə çətinləşdirən Meniere xəstəliyinin xəbərçisi ola bilər.

Türkiyəli həkim Duygu Erdem bildirib ki, az miqdarda duz qəbulu və kifayət qədər maye içilməsi Meniere xəstələrində tutmaların yaranmasının qarşısını almağa kömək edir. O qeyd edib ki, Meniere xəstəliyini yüngül qəbul etmək olmaz.

Professorun sözlərinə görə, Meniere xəstəliyi gündəlik həyata ciddi mənfi təsir göstərir. Bu xəstəlik zamanı başgicəllənmə (vertiqo) tutmalar şəklində baş verir. Bununla yanaşı mütləq şəkildə eşitmə itkisi, qulaqda təzyiq hissi və küy yaranır. Xəstənin qulağında əvvəlcə sanki partlayacaqmış kimi güclü təzyiq hissi və küy başlayır. Daha sonra buna başgicəllənməsi qoşulur və eşitmə itkisi yaranır. Bu eşitmə itkisinin əsas xüsusiyyəti isə aşağı tezlikli səsləri (qalın və dərin səsləri) daha çox təsirləndirməsidir. Tutmalar adətən 2 saatdan 24 saata qədər davam edə bilər. Ən vacib əlamət isə odur ki, tutma keçdikdən sonra xəstənin bütün şikayətləri aradan qalxır.

Erdem bildirib ki, xəstəlik "dalğavari eşitmə itkisi" ilə müşahidə olunur. Bu eşitmə itkisinin sonradan keçməsi müsbət haldır, lakin xəstəlik müalicə olunmazsa və tutmalar tez-tez təkrarlanarsa, toxumalarda qalıcı zədələr yarada bilər.

Onun sözlərinə görə, Meniere xəstəliyi daha çox gənc və orta yaşlı insanlarda rast gəlinir və uzunmüddətli müşahidə tələb edir. Bu xəstəlik müəyyən müddət sonra keçə bilər, lakin hər xəstədə gedişi fərqli olur.

Həddindən artıq çay və qəhvə istehlakından uzaq durmaq tövsiyə olunur. Paketlənmiş qidalarda olan çoxlu qatqı maddələri və "Çin duzu" da xəstəliyin tutmalarını artıra bilər. Bundan əlavə, müasir dövrün problemi sayılan stress də xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

Erdem vurğulayıb ki, əsas məqsəd xəstədə tutmaların yaranmasının qarşısını almaqdır. Bunun üçün müxtəlif dərmanlar istifadə oluna bilər, lakin duzun azaldılması və həyat tərzinin dəyişdirilməsi xüsusi əhəmiyyət daşıyır. Xəstə mütləq həkim tərəfindən müalicə olunmalıdır. Duz qəbulunun azaldılması vacib olsa da, kifayət qədər su içmək də çox önəmlidir. Çünki xəstə az duz qəbul etsə belə, kifayət qədər maye qəbul etməzsə, duz daxili qulaqda yığıla bilər.(milli.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Mart 2026 06:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri