BMU da “Karyera Sərgisi 2026” keçirilib
Icma.az, Modern.az saytına istinadən bildirir.
Bakı Mühəndislik Universiteti (BMU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “BMU Karyera Sərgisi 2026” keçirilib.
Sərgidə dövlət və özəl sektoru təmsil edən 61 müəssisə tərəfindən 200-ə yaxın vakant vəzifə, həmçinin müxtəlif təcrübə proqramları təqdim olunub.
Tədbirin əsas məqsədi tələbə və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləmək, onların karyera imkanlarını genişləndirmək və işəgötürənlərlə birbaşa əlaqələrini gücləndirmək olub. Sərgi çərçivəsində iştirakçılar müxtəlif müəssisələrin təqdim etdiyi vakansiya və təcrübə proqramları ilə tanış olub, şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq əmək bazarının tələbləri və karyera perspektivləri barədə məlumat əldə ediblər.
Sərgidə BMU-nun rəhbər heyəti, tələbə və məzunları, Abşeron-Xızı Regional Məşğulluq Filialının müdiri vəzifəsini icra edən Zaur Allahverdiyev və filialın əməkdaşları, eləcə də universitetin Müəssisələrlə əlaqələr və karyera mərkəzinin nümayəndələri iştirak ediblər.
Sərgi ilə tanış olan BMU-nun rektoru Yaqub Piriyev tədbirin tələbə və məzunların peşəkar inkişafı, məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də ali təhsil müəssisələri ilə sənaye sektoru arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Rektor universitetlərlə işəgötürənlər arasında əlaqələrin inkişafının gənclərin nəzəri bilik və bacarıqlarının praktiki müstəvidə reallaşdırılmasına, onların əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşmasına mühüm töhfə verdiyini qeyd edib.
Yaqub Piriyev BMU-da tələbə və məzunların karyera inkişafının, onların məşğulluq imkanlarının artırılmasının diqqət mərkəzində saxlanıldığını bildirərək, tələbə və məzunları sərgidə yaradılan imkanlardan fəal yararlanmağa çağırıb.
Rektor sərgidə təmsil olunan müəssisələrin nümayəndələri və tələbələrlə söhbət aparıb, təqdim olunan vakansiyalar, təcrübə proqramları və mümkün əməkdaşlıq perspektivləri ilə maraqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 27 Noyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















