Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Başı 32 il sonra bəladan qurtulan Başlıbel...

Başı 32 il sonra bəladan qurtulan Başlıbel...

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti tariximizin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, əzəli Azərbaycan ərazilərində uydurma “böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənilərin xalqımıza qarşı vəhşiliklərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib.  Həmin faciədən artıq 32 il ötür.

1993-cü il aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilmişdi. Onlar burada kahalarda cəmi 18 gün gizlənə bilmişdilər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçərək 18 nəfəri qətlə yetirdilər, 14 nəfəri isə girov götürdülər.

Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini tez-tez dəyişərək, yalnız gecələr hərəkət etməklə 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa bildilər. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edildi.

Ötən müddət ərzində Başlıbel faciəsinin araşdırılması, tədqiqi dövlətimiz tərəfindən diqqətdə saxlanılıb. 2017-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” layihəsi əsasında eyniadlı kitab nəşr edilib. Azərbaycan və ingilis dillərində buraxılan nəşrdə Başlıbel kəndində törədilmiş qırğın haqqında canlı şahidlərin, mühasirədə qalanları xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri yer alıb.

Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatına da daxil edilib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini, ermənilərin öz havadarlarının köməyi ilə iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin ağır nəticələrini üzə çıxarmaq imkanı yarandı. Soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başladı. Bu sahədə məqsədyönlü fəaliyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandı. Xalqımıza qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Prezident Fərmanı imzalandı. Bununla da dəhşətli soyqırımlarına, faciələrə hüquqi-siyasi qiymət verilmiş oldu.

Bu siyasətini uğurla davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində xalqımız böyük Zəfər qazandı. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı məhz 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin 19-20  sentyabrında həyata keçirilən antiterror əməliyyatında verildi.

Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını Azərbaycan Ordusu döyüş meydanında alaraq düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə, 2020-ci il 25 noyabr tarixdə  Kəlbəcər rayonu bir güllə atılmadan, şəhid vermədən düşmən tapdağından azad edildi. Baş Planı təsdiq olunmuş Kəlbəcərdə hazırda geniş tikinti-quruculuq işləri həyata keçirilməkdədir.

Faşist ideologiyasına xidmət edən erməni şovinistləri Azərbaycan və türk xalqına qarşı hər zaman düşmən mövqedə olublar. Onlar müxtəlif dövrlərdə xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır.

Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir, təkzibolunmaz arxiv sənədləri, soyqırımları və ermənilərin digər cinayətlərini təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Belə ki, 2021-ci il fevralında Şuşa rayonunun Daşaltı kəndində 7 nəfərin basdırıldığı kütləvi məzarlıq tapılıb. 2021-ci ilin aprelində Başlıbeldə də belə məzarlıq, 2022-ci ilin martında Xocalı rayonunun Fərrux kəndində meyit qalıqları aşkar edilib. Həmin ilin sentyabrında Xocavənd rayonunun Edilli kəndində 18 nəfərə aid meyit qalıqları aşkar edilərək kütləvi məzarlıqdan çıxarılıb.2024-cü  ilin fevralın 21-də isə Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlanıb.

Bütün bu faktlar, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər olmaması ermənilərin insanlıq əleyhinə ağır cinayətlərindən xəbər verir. Bu cinayətlərə görə erməni vandalları və terrorçuları mütləq beynəlxalq hüquq və ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Hazırda Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam edir. Cinayət işində 15 nəfər ittiham olunur. Onlar İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin edilməsi zamanı həbs olunaraq istintaq təcridxanasına göndərilib. 

Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın məhkəməsi davam edir.

Başlıbel kənd sakini,hadisələrin canlı şahidi , Hüseyn Şahbəndəyev hələ   1993-cü ilin may ayında   “Cavanşir yurdu” qəzetində “Kəlbəcəri verməməkdə olardı” sərlövhəli yazısında həm rayonun müdafiəsiz qalması,həm də Başlıbel faciəsi öz əksini tapmışdı.Həmin hadisələrlə əlaqədar digər məqalələri ilə yanaşı,eyni zamanda  Hüseyn Şahbəndəyev xeyli əvvəl yazdığı “Qanlı kaha” sənədli hekayəsini 2007-ci ildə  “Ulduz jurnalının “10-cu nömrəsində çap etdirmişdi. Başlıbel sakini, Qarabağ müharibəsinin iştirakçısı, tanınmış jurnalist Elxan Salahov baş vermiş faciə haqqında yazdığı “Qanlı kaha” kitabını 2019-cu ildə çap etdirib. Kitabda Başlıbel kəndində mühasirədə qalan sakinlərin 4 aya yaxın çəkdikləri əzab-əziyyətdən və mühasirədən necə çıxdıqlarından bəhs edilir.Onu da qeyd etmək lazımdır ki,Elxan Salahovun qardaşı Kəlbəcər uğrunda döyüşdə şəhid olub.

2022-ci ildə Azərbaycan Televiziyası “Başlıbel – Bir kəndin mühasirə gündəliyi” adlı sənədli film çəkib. Filmin ssenari müəlliflərindən biri də Elxan Salahovdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 sentyabr 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edərkən  Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqlarının 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapıldıgını xüsusilə diqqətə çatdırıb.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Başlıbel faciəsinə dair dəlil və sübutların toplanaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. 2021-ci ilin aprelində Başlıbel kəndində 12 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb, Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib.

Başlıbel faciəsinin 32-ci ildönümü ilə əlaqədar 2 aprel 2025-ci il tarixdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Kəlbəcərin tanınmış ziyalılarından olan Arif Süleymanovun “Başlıbel qətliamı - Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” adlı kitabının təqdimatı keçirildi.

Başlıbeldən danışarkən ilk növbədə şəhidlərin,həmçinin kəndin tanınmış ziyalıları Əli Mirzəyevin, Musa Əzizovun, Saleh Mirzəyevin, Zülfüqar Hüseynzadənin xatirəsini hər zaman ehtiramla yad edirik.

Başlıbel faciəsinin  ölkə və beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində müvafiq dövlət orqanlarının, ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin, “Başlıbelin inkişafına dəstək” ictimai birliyinin, fədakar ziyalılarımız Məhəmməd Nərimanoglunun, Hüseyn  Şahbəndəyevin, Etibar Seyidağanın, Elxan Salahovun, Oqtay  Salahovun, Sönməz Ələkbərin, Xalid Kazımovun, Vüqar Həşimovun, Nurəddin Həşimovun,Sabir Mirzəyevin,Ələkbər Bikəsin, Vüsalə Məmmədovanın, şair Əlövsət Misiroglunun,  Vəli Süleymanlının və digər müəlliflərin, həmçinin hadisə şahidlərinin  əməyi yüksək qiymətləndirilməlidir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Bütün dövrlərdə ölkəmizə  vətənpərvər ziyalı ordusu bəxş edən Başlıbelin yenidən cənnətə çevrilməsi uzaqda  deyil!

Qurban Sadıqov

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see140

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri