Icma.az
close
up
RU
Başı və ayaqları olmayan canlı: 444 milyon illik Sue ilə tanış olun

Başı və ayaqları olmayan canlı: 444 milyon illik Sue ilə tanış olun

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Cənubi Afrikanın Keyptaun şəhərinin şimalındakı Soom Şeyli bölgəsində 444 milyon il əvvələ aid yeni bir ibtidai buğumayaqlının fosili aşkar edilib. 

Qaynarinfo xəbər verir ki, alimlər bu kəşfin Yer kürəsi ilə bağlı indiyə qədər məlum olmayan bir çox sirrin üzə çıxarılması potensialına malik olduğunu bildirirlər.

Lester Universitetinin Coğrafiya, Geologiya və Ətraf Mühit Fakültəsinin professoru Sara Qabbott bu yeni fosilin nə qədər qeyri-adi olduğunu və onun təkamül əlaqələrinin hələ də qeyri-müəyyən qaldığını açıqlayıb. Fosilə anasının adını verən alim bu möhtəşəm kəşfi belə şərh edib: 

"Sue"nu Cənubi Afrikada qaya laylarında ilk dəfə aşkar etdiyimdə, əlimizdə doğrudan da xüsusi və nadir bir nümunə olduğunu dərhal anladım. Fosili qayadan diqqətlə çıxarmaq düz üç gün vaxt apardı. Daha sonra onu gipslə örtüb "‘British Airways"in köməyi ilə İngiltərəyə apardıq. Şirkət, 70 kiloqramlıq "Sue" üçün pulsuz birinci sinif yer ayırdı!".

Təxminən 440 milyon il əvvəl Yer kürəsində növlərin 85 faizini məhv edən buzul dövrü baş verib və bu, beş böyük kütləvi yox oluşdan birinin başlanğıcı sayılır. Mütəxəssislərə görə, "Sue"nun qorunduğu dəniz hövzəsi həmin dövrdə soyuqdan qaçan növlər üçün sığınacaq rolunu oynamış ola bilər. Hərçənd ki, bu bölgədə həyatın davam etməsinə şərait yaransa da, şəraitin ideal olduğunu söyləmək olmaz.

Fosilin İngiltərəyə daşınmasından sonra araşdırmalar davam etdirilir. Bu tədqiqat 450 milyon il əvvəlki Yer kürəsi ilə bağlı bir çox bilinməyən sirrin açılması üçün mühüm hesab edilir.

Lakin burada diqqətdən qaçırılmaması lazım olan mühüm məqam var: fosilin ölkədən çıxarılıb İngiltərəyə aparılması üçün Cənubi Afrika tərəfindən rəsmi icazə alınıb-alınmadığı sual doğurur. Tarixdə "elmi araşdırma" adı altında ingilislərin Anadoludan və Osmanlı torpaqlarından nadir əsərləri ölkələrinə aparıb geri qaytarmadıqları məlumdur. "British Museum"da sərgilənən əsərlər arasında III Sultan Səlimin qılıncı da daxil olmaqla, bir çox mədəni dəyər yer alır. Türkiyənin Mədəniyyət Nazirliyi bu əsərlərin geri qaytarılması üçün İngiltərə ilə aktiv danışıqlar aparır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Aprel 2025 05:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri