Icma.az
close
up
RU
Başından güllə yarası alan Qarabağ qazisinə rədd cavabı: məhkəmələr əvvəl iddiasını təmin edib, sonra isə...

Başından güllə yarası alan Qarabağ qazisinə rədd cavabı: məhkəmələr əvvəl iddiasını təmin edib, sonra isə...

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2020-ci ildə Vətən müharibəsi zamanı döyüşlərdə baş nahiyəsindən güllə yarası alaraq, II qrup əlil olmuş Y.Abbaslı dövlət tərəfindən ona avtomobil verilməsi üçün müraciət edib. Lakin Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyindən ona rədd cavabı verilib.

Bizimyol.info xəbər verir ki, Qarabağ qazisi ona verilmiş imtina ilə əlaqədar məhkəməyə üz tutub. O, bir ildən çoxdur ki, bu məsələ ilə əlaqədar məhkəmələrdədir.

Ötən il Bakı İnzibati Məhkəməsində onun xeyrinə qərar çıxarılıb. Hakim belə nəticəyə gəlib ki, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin Qarabağ qazisinə verdiyi rədd cavabı qanunsuz və əsassızdır. Bu səbəbdən də onun adına minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi öhdəliyinin Agentliyin üzərinə qoyulması qərara alınıb.

Bu qərarla Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi razılaşmayıb və apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi də Qarabağ qazisini haqlı hesab edərək, aşağı instansiyanın qərarını qüvvədə saxlayıb. Müharibə əlilinə avtomobili vermək istəməyən Agentlik bu dəfə Ali Məhkəməyə şikayət edib. Ali Məhkəmədə istədiyinə nail olub – qərar ləğv edilib və məsələ yenidən araşdırılması üçün iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb: “Bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyilə baxıldı. Bu dəfə apellyasiya məhkəməsi Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin xeyrinə qərar çıxardı. Əvvəl təmin olunmuş qərar ləğv edildi”.

Bu dəfə Qarabağ qazisi Ali Məhkəməyə şikayət etmək niyyətindədir. O, hesab edir ki, rədd cavabı əsassız olmaqla, hüquqlarının məhdudlaşdırılmasına səbəb olub.

Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi imtinasını belə əsaslandırıb ki, avtomobil Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən, xüsusi səbəblə, habelə Çemobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir: “Şikayətçinin diaqnozu həmin siyahıda olmadığı üçün ona imtina verilib”.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyul 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri