Başından top zərbəsi alan 18 yaşlı futbolçu vəfat etdi
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Argentinanın “Eseysa” klubunun 18 yaşlı futbolçusu Abel Qamarra Nunes vəfat edib.
QOL.az xəbər verir ki, gənc oyunçu noyabrın 12-də yeniyetmələr arasında keçirilən matç zamanı başından aldığı zədədən sonra komaya düşüb. Belə ki, hadisə “Deportivo Munis” – “Eseysa” matçında baş verib. Argentina Futbol Assosiasiyasının təşkil etdiyi turnirin V divizionunun VI turu çərçivəsində keçirilən qarşılaşmanın 20-ci dəqiqəsində rəqib müdafiəçinin uzaqlaşdırdığı top Nunesin başına dəyib. Gənc futbolçu zərbədən sonra huşunu itirərək yerə yıxılıb.
Ona meydanda ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Müayinələr zamanı kəllə sümüyünün sınığı və kəllədaxili qanaxma aşkarlanıb. Futbolçu təcili neyrocərrahiyyə əməliyyatı keçirib, lakin üç gün reanimasiyada qaldıqdan sonra noyabrın 15-də vəfat edib.
Qeyd edək ki, hadisədən sonra qarşılaşma dayandırılıb. Nunes 2026-cı ilin əvvəlindən “Eseysa” klubunda çıxış edirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 17 Noyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















