Icma.az
close
up
RU
Başlıbel həsrəti, Kəlbəcər xiffəti və qələmə sığmayan ömür Zülfüqar Hüseynzadə

Başlıbel həsrəti, Kəlbəcər xiffəti və qələmə sığmayan ömür Zülfüqar Hüseynzadə

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsanlar adətən iki prizmadan dəyərləndirilirlər: cəmiyyətin yük olaraq daşıdıqları və ya əksinə cəmiyətin yükünü daşıyanlar.

Cəmiyyətə, dövlətə yük olanlar zamanla mütrüfləşənlər, cəmiyyətin yükünü daşıyanlar isə müdrikləşənlərdir. Bu mənada ki, daim Azərbaycan ictimaiyyəti qələmini süngüyə çevirib, cəmiyyətin aydınlaşması, duru və diri qalmasına xidmət edən, öz mətbu irsi və həyat kredosu ilə müsbət örnəyə çevrilən cahanşümul şəxsiyyətlərə təşnədir.

Bu məqalədə uzun illər Azərbaycanın informasiya cəbhəsində savaşmış, cəmiyyətin ağır yükünü çiyinlərində daşımış, illər boyu Qarabağ “sancı”sını çəkmiş, Kəlbəcər xiffətini canında, ruhunda yaşatmış, qələmi ilə müstəqil dövlət və cəmiyyət quruculuğunda yaxından iştirak etmiş qələm dostumuzdan -Moderator.az-ın təsisçisi və baş redaktoru olmuş mərhum Zülfüqar Hüseynzadədən söz açacağıq.

Zülfüqar Hüseynzadə 1971-ci ilin 24 avqustunda anadan olub. 18 iyun 2023-cü il tarixdə, ömrünün 52-ci ilində, gəncliyin qocalığında gözlərini dünyaya əbədi yumub.

“Gözlərini dünyaya əbədi yumub” ifadəsini təsadüfi seçmədim, çünki Z.Hüseynzadə ilə “ölüm” kəlməsini yanaşı yaza bilmədim, barmaqlarım işləmədi. Ümumiyyətlə, onunla bağlı fikir söyləyəndə keçmiş zamana xitab etməyə dilim gəlmir. Çünki ziyalılar ölmürlər axı! Doğrudur, onlar fiziki və bioloji olaraq, başqa bir həyata köçürlər, lakin yazıb-yaratdıqları ilə xalqın yaddaşında həmşəyaşar olurlar. Baxın, Həsən bəy Zərdabi, Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Xəlil İbrahim, Əlimərdan bəy Topçubaşov və digər görkəmli publisistlər xalqın təhtəlşüurunda necə diri qalıblar?! Adıçəkilən dühaların açdıqları çığırla addımlamış Z.Hüseynzadəni də ölümsüz edən onun publisitik yaradıcılığı, yüksək insanı keyfiyyəti və dövlət, vətən, millət sevdalısı olmasıdır. O, yaşadığı hər bir gün tarixə keçəcək izlər buraxıb. Bu mənada jurnalist ömrü müqəddəs hesab olunur. Ona görə ki, jurnalist həyatı Allahın əl işidir. Onların ölüm deyil, yalnız doğum günü olur. Z.Hüseynzadə böyük hərflərlə GÖRKƏMLİ JURNALİST olmaqla yanaşı, həm də prinsiplərinə xəyanət etməyən şəxsiyyət idi. O, qum kimi dağınıq, sabun kimi sürüşkən xarakteri ilə deyil, daim prinsipial mövqeyi ilə seçilirdi. Çünki istedadı olub, şəxsiyyəti olmayanlar heç zaman tarixə düşməyiblər, əksinə tarixdən düşüblər. Qələmdaşımız Z.Hüseynzadə jurnalistikadakı yaradıcılığı ilə yanaşı, həm də uca şəxsiyyəti ilə Azərbaycan mətbuat tarixinə düşməyi bacarıb. Yəqin, bu düşüncələrimizi onun həmkarları, dostları da təsdiq edər.

“Zülfüqarda Azərbaycan kişisinə xas olan duruş gördüm”

BDU-nun professoru, tanınmış telejurnalist Qulu Məhərrəmli qeyd edib ki, elektron media yeni bir texnoloji burulğanın içərisindən maraqlı adamlar ortaya çıxardı:

“Onlardan da biri Moderator.az saytının təsisçisi və uzun illər ona rəhbərlik etmiş, rəhmətlik Zülfüqar Hüseynzadə idi. Zülfüqar jurnalistikanı, informasiyanı, mətbuatı dərinliyi ilə duyan insan idi. Çox fədakar, zəhmətkeş və çevik idi. “İki daşın arasında” çox maraqlı başlıqlar tapan, yazıya forma verə bilən, mətnin ideyası və məzmununu sürətli şəkildə üzə çıxaran jurnalist idi. Çox yaxşı münasibətimiz vardı, xüsusən, 2016-cı ildə məhkəməyə verilmişdik. Zülfüqar bəy AzTV-ni tənqid edən müsahibəmi Moderator.az-da tirajladı. Buna görə onu da məhkəməyə verdilər. İnsan belə kritik anda real keyfiyyətini nümayiş etdirir. Həmin məqamlarda Zülfüqarda Azərbaycan kişisinə xas olan mərdlik və duruş gördüm. Axıra qədər yanımda dayandı. İntiusiyası çox yüksək idi. İstedadlı sayt rəhbəri idi. Gözəl yazıları vardı. İstənilən mövzuda çox asanlıqla məqalə hazırlaya bilirdi. Bu da onun istedadının göstəricisidir. İnsan kimi də, jurnalist kimi də etibarlı və mötəbər adam idi. Onu həmişə sevgi, hörmət və məhəbbətlə xatırlayıram, Allahdan rəhmət diləyirəm”.

“Jurnalistika onun üçün sevinc mənbəyi idi”

Z.Hüseynzadə ilə uzun illər müxtəlif mətbu dərgilərdə çalışmış, bu gün də Moderator.az-ın şərəfini qoruyan tanınmış jurnalist Seymur Əliyev də olduqca orijinal xatirələr bölüşüb:

“Zülfüqarla tanışlığım “Hürriyyət” qəzetində çalışdığım dövrə təsadüf edir. Qəzetə yeni gəlmişdim. O zaman “Hürriyyət”də ən maraqlı təhlil və müsahibələri Zülfüqar yazırdı. Onun fərqli yazı dili, maraqlı üslubu var idi. Məqalələri məmnunluqla qarşılanır, sevilirdi. Bir müddətdən sonra aramızdakı ünsiyyət əsl dostluq münasibətinə çevrildi. Daha sonra Zülfüqar Moderator.az-ı təsis etdi və mən elə ilk gündən bu saytda fəaliyyətə başladım. Zülfüqar qeyri-adi istedadı, hədsiz çalışqanlığı ilə qısa zamanda “Moderator”u ən populyar media orqanları sırasına yüksəltdi. Söz azadlığı,  plüralizm, həqiqətə və milli maraqlara sadiqlik onun peşə fəaliyyətinin əsasını təşkil edirdi. Təəssüf ki, həyatın haqsızlıqları Zülfüqardan da yan keçmədi. Media nümayəndələri üçün inşa edilən binalardan ona ev verilmədi. Halbuki, Zülfüqar peşəkar jurnalist olmaqla yanaşı, həm də məcburi köçkün idi və kirayədə yaşayırdı. Lakin ozamankı səlahiyyət sahibləri bu reallıqları nəzərə almadılar. Fəqət bu haqsızlıq Zülfüqarı ruhdan salmadı. O, yenə eyni coşğu və əzmkarlıqla jurnalist fəaliyyətini davam etdirir, saytın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Jurnalistika onun üçün sevinc mənbəyi idi və sona qədər də belə də qaldı”.

Heç vaxt baş tutmayan qonaqlıq...

S.Əliyevin sözlərinə görə, Z.Hüseynzadənin əsas arzularından biri doğma diyarı Başlıbeldə ev tikmək, sevdiyi insanlarla bu evdə bir araya gəlmək idi:

“O bu barədə bütün dostlarına həvəslə danışır, bu haqda söhbət etməkdən həzz alırdı. Zülfüqar dostlarına Başlıbeldə tikəcəyi evdə qonaqlıq vəd etmişdi. Ancaq vaxtsız əcəl ona bu arzusunu reallaşdırmağa imkan vermədi. Zülfüqarın arzusunda olduğu heç vaxt tikilmədi və hamımızın gözlədiyi bu qonaqlıq əsla baş tutmadı”.

Həmsöhbətimiz Z.Hüseynzadə ilə bağlı mühüm təklif irəli sürüb:

“20 il onunla müxtəlif redaksiyaları bölüşən, davamlı ünsiyyətdə olan jurnalist kimi deyə bilərəm ki, onun heç vaxt dilə gətirmədiyi, amma danışıqlarından sezdiyim, sövq-təbii hiss etdiyim bir arzusu da var idi. O, media sahəsindəki uzunmüddətli xidmətlərinin nə zamansa nəzərə alınacağına, xüsusilə də “Əməkdar jurnalist” adı ilə təltif ediləcəyinə ümid edirdi. Çox güman ki, vaxtsız ölümü olmasaydı, Zülfüqarın bu arzusu gerçəkləşə bilərdi. Lakin ölüm bütün planları kimi onun bu arzusunu da yarımçıq nöqtələdi. Hesab edirəm ki, Zülfüqarın ölümündən sonra da olsa, “Əməkdar jurnalist” adı ilə təltif olunmasına ehtiyac var. Bu, onun yarımçıq arzularından birinə “nəfəs” verməklə yanaşı, həm də Zülfüqara münasibətdə ədalətli addım olardı. Z.Hüseynzadə yaradıcılığına bələd olan hər kəs bilir ki, o bu ada həqiqətən də layiq idi. Belə bir addım jurnalistlərimiz tərəfindən də təqdirlə qarşılanar, gənc jurnalistlər üçün də örnək olar. Ümid edirəm ki, biz yaxın gələcəkdə dövlətimizin və prezidentimizin qayğısı sayəsində buna şahid olacaq, “Əməkdar jurnalist” adı gec də olsa, əbədiyyətdəki sahibinə - peşəkarlığı, təmənnasızlığı və fədakarlığı ilə bizə nümunə olan əsl vətənpərvərə qovuşacaq”.

“Mənə elə gəlir, ondan inciyən adam olmazdı”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da qələmdaşımız barədə olduqca maraqlı danışıb:

“Onunla tanışlığımız 2015-ci ilin əvvəllərində başladı. Mənimlə görüşəndə bildirdi ki, hərdən yazılarınızı görürəm, xahiş edirəm bizə də yazın. Moderator.az-a yazılar yazırdım. Zülfüqarın məziyyətini nədə görürdüm? Bir cümlə ilə mətnin sərhlövhəsini o qədər gözəl ifadə edirdi ki, yazı cəlbedici olurdu. Bir cümləlik müdaxiləsilə yazıya xüsusi rəng qatırdı, onu oxunaqlı edirdi. Zülfüqar işin təşkilini də peşəkar formada bilirdi. Kollektivi yönləndirmək, janr müxtəlifliyini qorumaq, inkişaf etdirmək zəruridir. Müsahibələr, reportajlar, açıqlamalar və xəbərlərin hazırlanmasına dair göstərişlərini verirdi. Kollektivlə çox səmimi idi. Səsinin tonunu qaldırmazdı. İradını da mədəni ifadə edərdi. Moderator.az-ın nə uğurları varsa, Z.Hüseynzadəyə bağlıdır. Havalar isinən kimi, kollektivi yığıb, Qubaya aparırdı. O, insanların istirahətini də düşünürdü. Xoş anlar keçirməyi bacarırdı”.

İ.İsmayıl vurğulayıb ki, Z.Hüseynzadənin Qarabağa, el-obaya sevgisi sərhəd tanımırdı:

“Onunla Xoşbulağa dəfələrlə səfərimiz olub. Daşkəsənin ən yüksək zirvəsinə çıxıb, Kəlbəcərə boylanırdıq. O zaman hələ azad edilməmişdi. Oradan qayıdandan sonra yazılar yazırdıq. Zülfüqarın Başlıbelə bağlılığı da fərqli idi. Başlıbel faciəsini mətbuatda daha çox işıqlandıran Zülfüqar idi. Nənəsi də Başlıbel faciəsində şəhid olmuşdu deyə, o, həmişə ağrı çəkirdi. Zülfüqar qaçqın vaxtı Bərdədə məskunlaşmışdı. Mən də Tərtərdənəm. Məmnuniyyətlı Bərdəni, Tərtəri gəzirdik. Ağdərənin azad olunan hissəsinə baxırdıq, fotolar çəkdirirdik. Bu, onun içindən gələn vətənpərvərliyi, el-obaya heyranlığı idi. Şəhərin müasirliyi, cazibliyi onun kəndə vurğunluğunu ruhundan “sökə” bilməmişdi. Elin rituallarını gözəl bilirdi, qoruyurdu. O qədər həlim xarakteri vardı ki, mənə elə gəlir, ondan inciyən adam olmazdı. İnsanları incitməklə qətiyyən arası yox idi. Ona şərait yaradılsa idi, daha böyük media holdinqi idarə edəcək səviyyədə olan şəxsiyyət idi”.

“Zülfüqar dedi ki, bura cənnət bağıdır”

Müsahibimiz bildirib ki, Z.Hüseynzadənin ölümündən bir həftə əvvəl kənddə qonaq olublar:

“Kənddə, bizim evdəydik. Həyətdə ərik ağaclarım var. Ərik də yetişmişdi. Çıxdı, qardaşı Allahyarla 2 vedrə ərik yığdı. Dedi ki, adam buradan heç getmək istəmir, bura cənnət bağıdır. Mən Bakıya qayıtdım, Söylədi ki, Kəlbəcərə gedir, sonra Bakıya qayıdacaq. Bir də xəbər çıxdı ki, Başlıbeldə ürəyi dayanıb”.

P.S.Zülfüqar Hüseynzadə yaşasaydı, 55 yaşını qeyd edəcəkdi. Bu qoşa beşlər onun həm insan kimi beş, həm də jurnalist kimi beşə layiq olduğunun təcallasıdır.

Allah rəhmət eləsin!

Ayyət Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Sentyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri