Icma.az
close
up
RU
“Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin qalibləri mükafatlandırılıb FOTOLAR

“Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin qalibləri mükafatlandırılıb FOTOLAR

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Avqustun 24-də Moderator.az xəbər portalının qurucusu və mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin doğum gününə həsr olunmuş tədbir keçirilib. 

Gununsesi.info xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzində keçirilən tədbirdə mərhum jurnalistlə dostluq edən ziyalılar, media nümayəndələri, həmçinin yaradıcısı olduğu saytın kollektivi iştirak edib.

Tədbir həm də “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin yekunlarına həsr olunub. Bu baxımdan iki hissədən ibarət olan tədbirin ilk hissəsində Zülfüqar Hüseynzadənin həyat və yaradıcılığına nəzər salınıb. Çıxış edənlər mərhum jurnalistin peşəkarlığını, qələminə sadiqliyini və insan kimi yüksək keyfiyyətlərini vurğulayıblar.

Tədbiri jurnalist Rumiyyə Miraslan açaraq giriş sözü ilə çıxış edib. O, ilk çıxış üçün sözü mərhum jurnalistin oğlu Hüseyn Ələsgərova verib. Daha sonra isə tədbir iştirakçıları söz alaraq öz xatirələrini bölüşüblər.

Millət vəkili Qüdrət Həsənquliyev, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli, keçmiş millət vəkili Flora Qasımova, professorlar Şahlar Əsgərov və Aqil Əsədov, şair Zakir Fəxri, Yeniçağ.az-ın rəhbəri Aqil Ələsgər, TNS TV-nin rəhbəri Tural Səfərov, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, Moderator.az-ın direktoru Əli Hüseynli, saytın əməkdaşı Sultan Laçın və digər iştirakçılar çıxış edərək Zülfüqar Hüseynzadənin şəxsiyyəti və jurnalist fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini paylaşıblar.

Tədbirin ikinci hissəsində isə “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin qalibləri elan olunub və onlara mükafatlar təqdim edilib.

Birinci yerə “İnsan məskən salır” adlı məqalənin müəllifi İlhamə Rəsulova, ikinci yerə “İtirilən uşaqlıq illəri və viran qalan yurd yeri ” adlı məqalənin müəllifi Vəli Həsənov, üçüncü yerə isə “Zülfüqar Hüseynzadənin jurnalistik irsi və medianın missiyası” adlı məqalənin müəllifi Lamiyə İsazadə layiq görülüb.

Tədbirin sonunda vurğulanıb ki, Zülfüqar Hüseynzadənin adı ilə bağlı müsabiqə ənənəvi xarakter alacaq və hər il təşkil edilərək yeni qələm sahiblərinin üzə çıxmasına şərait yaradacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Avqust 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see233

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see199

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see148

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see142

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri