Icma.az
close
up
RU
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir

III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Moderator.az xəbər portalı ölkənin peşəkar jurnalist və yazarları arasında saytın qurucusu, mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsini elan edir.

Müsabiqə Azərbaycan jurnalistikasında peşəkarlığın, milli dəyərlərə sadiqliyin, analitik düşüncənin və keyfiyyətli publisistikanın təşviq edilməsi məqsədilə keçirilir. Bu il müsabiqə həm də tanınmış jurnalist Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyi münasibətilə təşkil olunur. Onun jurnalistikaya verdiyi töhfələrin yaşadılması, peşə prinsiplərinin gənc nəsil media nümayəndələri arasında təbliği və adının Azərbaycan mediasında daim ehtiramla yad edilməsi məqsədilə müsabiqə ənənəvi olaraq onun adını daşıyır.

Xatırladaq ki, ilk "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi Kəlbəcər rayonunun təbiəti, sərvətləri və inkişaf perspektivlərinə həsr olunmuş, II müsabiqə isə Qərbi Azərbaycana və Qarabağa qayıdış mövzularını əhatə etmişdi. Hər iki müsabiqə peşəkar media nümayəndələrinin böyük marağı ilə qarşılanmış, qaliblər mükafatlandırılmışdı.

Bu il keçiriləcək III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi aşağıdakı istiqamətlər üzrə elan olunur:

1. Azərbaycan milli mətbuatının görkəmli simaları: irs, peşəkarlıq və milli məsuliyyət

Zülfüqar Hüseynzadənin publisistik irsi və peşə prinsipləri; Həsən bəy Zərdabi, Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu və digər görkəmli publisistlərin milli mətbuatın inkişafındakı rolu; Peşə etikası, obyektivlik və söz məsuliyyəti; Müasir Azərbaycan jurnalistikasında milli mətbuat ənənələrinin davamlılığı.

2. Milli maraqların müdafiəsində medianın rolu

İnformasiya təhlükəsizliyinin təmin edilməsində medianın məsuliyyəti; Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyi və milli maraqların müdafiəsi; Dezinformasiya və informasiya manipulyasiyasına qarşı peşəkar jurnalistika; Milli dəyərlərin, dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin təbliğində medianın rolu.

3. Böyük Qayıdış: Yeni həyatın ilk addımları

Qarabağa və Şərqi Zəngəzura qayıdan ailələrin həyat hekayələri, yeni yaşayışa adaptasiya prosesi və insan taleləri; Azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, müasir yaşayış məntəqələrinin formalaşması və sosial infrastrukturun inkişafı; Böyük Qayıdışın sosial, iqtisadi, mədəni və psixoloji aspektləri, yerli icmaların yenidən formalaşması; Qarabağın və Şərqi Zəngəzurun inkişaf perspektivləri: məşğulluq, sahibkarlıq, turizm, kənd təsərrüfatı və dayanıqlı məskunlaşma; Tarixi-mədəni irsin bərpası və onun milli yaddaşın qorunmasındakı rolu.

4. Müasir Azərbaycan gəncliyi: problemlər və çıxış yolları

Sosial media dövründə gənclərin dünyagörüşü; Təhsil, məşğulluq və peşə seçimi; Gənclərin milli kimlik, vətənpərvərlik və vətəndaş məsuliyyəti; Gənclərin innovasiya, sahibkarlıq və rəqəmsal gələcəkdə rolu.

Qeyd: Mövzular istiqamətləndirici xarakter daşıyır. Müəlliflər qeyd olunan istiqamətlərdən birini seçə və ya eyni yazıda bir neçə mövzuya kompleks şəkildə toxuna bilərlər.

Qiymətləndirmə meyarları

Müsabiqəyə təqdim olunan yazılar aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

Mövzunun dolğun və hərtərəfli əhatə olunması;

Dilin zənginliyi, üslub və ifadə vasitələrinin səviyyəsi;

Analitik yanaşma, faktların düzgün təhlili və məntiqi əsaslandırılması;

Araşdırmanın keyfiyyəti və faktlardan istifadə bacarığı;

Müasir dünya təcrübəsi ilə müqayisəli yanaşma;

Müəllif mövqeyinin aydınlığı və peşəkar jurnalistika prinsiplərinə uyğunluğu.

Müsabiqənin şərtləri

Yazılar [email protected] elektron ünvanına göndərilməlidir;

Yazının həcmi 10 min işarədən artıq olmamalıdır;

Yazı yalnız bir müəllifə məxsus olmalı və əvvəllər heç bir mətbu orqanda, internet saytında və ya sosial media platformasında dərc edilməməlidir;

Hər müəllif müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;

Yazılar 13 avqust 2026-cı il tarixinədək qəbul edilir;

Təqdim olunan materiallar münsiflər heyəti tərəfindən anonim qaydada və obyektiv meyarlar əsasında qiymətləndiriləcək.

Təqdim ediləcək sənədlər

Elektron məktuba aşağıdakılar əlavə edilməlidir:

Müsabiqə yazısı (Word formatında, müəllifin adı göstərilmədən);

Müəllifin şəxsiyyət vəsiqəsinin surəti (PDF, JPG və ya Word formatında);

Müəllifin əlaqə vasitələri (mobil telefon nömrəsi və elektron poçt ünvanı).

Mükafatlar

Müsabiqəyə təqdim olunan yazılar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblər 24 avqust 2026-cı il tarixində – tanınmış jurnalist Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyi münasibətilə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

I yer – 1000 AZN

II yer – 600 AZN

III yer – 400 AZN

Münsiflər heyətinin seçdiyi ən yaxşı yazılar Moderator.az-da dərc ediləcək, müəlliflərə diplom və xüsusi hədiyyələr təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 İyul 2026 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri