Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avtomobili bir müddət icarəyə götürən və sonradan geri qaytaran şikayətçi Tural İbrahimov iddia edir ki, nəqliyyat vasitəsi ilə törədilən yol hərəkəti qaydaları pozuntularına görə cərimələr hələ də onun adına rəsmiləşdirilir.
Milli.Az xəbər verir ki, o, bildirib ki, məsələ ilə bağlı polisə müraciət etsə də, ona cərimələrin dəyişdirilməsi üçün qayda pozuntusunu törədən şəxsin könüllü şəkildə polisə gələrək ərizə yazmasının tələb olunduğu bildirilib. O isə həmin şəxsi tapa bilmədiyini və onu polisə gətirmək səlahiyyətinin olmadığını deyir. İbrahimovun sözlərinə görə, avtomobilin əvvəlki sahibi də nəqliyyat vasitəsini satdığını bildirir və ehtimal olunur ki, alqı-satqı rəsmi qaydada rəsmiləşdirilməyib.
Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev isə bildirib ki, mərkəzi informasiya sistemində son etibarnamə sahibi kimi həmin vətəndaş qeydiyyatda olduğundan elektron protokollar onun adına tərtib olunub. O qeyd edib ki, protokolda dəyişiklik edilməsi üçün faktiki sürücü ilə birlikdə aidiyyəti quruma müraciət olunmalı, araşdırmadan sonra isə zəruri dəyişiklik aparıla bilər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Baxış sayı:172
Bu xəbər 13 İyul 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















