Batutçulardan daha bir uğur
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatı davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gün yarış proqramının ilk hissəsində kişilərin sinxron proqramı üzrə təsnifat mərhələsi keçirilib.
Bu proqramda ölkəmizi təmsil edən Maqsud Mahsudov və Hüseyn Abbasov uğurlu çıxış edərək 50.900 xal toplayıblar.
Gimnastlarımız bu nəticə ilə 12-ci pillədə qərarlaşaraq ikinci təsnifat mərhələsində iştirak hüququ qazanıblar. Günün ikinci yarısında isə bizi daha bir neçə maraqlı və həyəcanlı qarşılaşma gözləyir.
Belə ki, batut gimnastikası üzrə kişilərin sinxron proqramında təsnifat və yarımfinal, qarışıq sinxron proqramda yarımfinal, tamblinq üzrə fərdi proqramda ikinci təsnifat mərhələsi, eləcə də komanda hesabında final yarışları keçiriləcək.
Baxış sayı:101
Bu xəbər 06 Noyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















