Icma.az
close
up
RU
Batya qəfildən Çinə getdi Putinlə görüşdə nə baş verib?

Batya qəfildən Çinə getdi Putinlə görüşdə nə baş verib?

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyadan sonra Çinə qəfil səfəri siyasi və ekspert dairələrində geniş müzakirələrə səbəb olub. Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl Lukaşenkonu xəbərdar etmişdi. Zelenski söyləmişdi ki, Lukaşenko ölkəsinin ərazisindən Rusiyanın Ukraynaya dron və raket zərbələrinə dəstək verən stansiyaların fəaliyyətini dayandırmasa, Ukrayna qonşu ölkəyə zərbə endirəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Zelenskinin açıqlaması açıq-aşkar Lukaşenkonu qorxutdu. Çünki Rusiya ilə müharibədə güclənmiş Ukrayna ordusu Belarusdə istənilən hədəfi neytrallaşdırmaq imkanına malikdir. Belaruslu generallar isə qonşu Ukrayna ilə savaşmaq istəmirlər. Lukaşenko bilir ki, Ukraynanın ölkəsinə zərbələri onun hakimiyyətini zəiflədəcək. Odur ki, Aleksandr Lukaşenko ard-arda açıqlamalar verməyə başladı, hətta müsahibələrinin birində vaxtilə Zelenskini təhqir etdiyinə görə Ukrayna prezidentindən üzr istədi. Lukaşenko “biz müharibə istəmirik” fikrini bir neçə dəfə təkrarlamaq məcburiyyətində qaldı. Bundan sonra Zelenski açıqlama verdi ki, Belarus ərazisindəki stansiyalar fəaliyyətlərini dayandırıblar. Ancaq bu dəfə Lukaşenkoya təzyiq rusiyalı həmkarı və patronu Vladimir Putindən gəldi. Rusiya Ukraynaya qarşı müharibədə Belarus ərazisinin imkanlarından imtina etmək istəmir. Buna görə də Putin Lukaşenkonu Kremlə çağırdı. İkili arasında qapalı danışıqlar getdi. Rusiya tərəfi danışıqların predmeti barədə mətbuata məlumat vermədi.

Beləliklə, Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır. Belarus prezidenti belə vəziyyətdə Pekinə səfər etməyi lazım bildi. Lukaşenko sonuncu dəfə Çində 2025-i ilin sentyabrında olub, həmin tarixdə Pekində Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı keçirilib. Çin lideri Si Szinpin “dostum” adlandırdığı Lukaşenko ilə söhbətdə ölkəsinin Belarusun suverenliyini və müstəqilliyini müdafiə edəcəyini bildirib. Bu nə deməkdir? Çin Belarusu Ukraynanın mümkün həmlələrindən, yoxsa Rusiyanın təzyiqlərindən qoruyacaq? Çətin.

Çin Rusiya və Belarusla tərəfdaşlıq münasibətlərinə malik olsa da, Ukrayna müharibəsində Kremli və ya Minski dəstəkləməkdən ehtiyat edir. Pekinin Qərb ölkələri ilə münasibətləri hamar olmasa da, Vaşinqton və Brüsellə körpüləri yandırmaq istəmir. Buna baxmayaraq, Vaşinqton və Brüssel Pekinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün Moskvaya olan təsir imkanlarından istifadə etmək istəməməsindən narazıdır. Misal üçün Pekin Minskə dəstəyini ifadə etsə də, qapalı danışıqlarda Belarus prezidentinə “Sən müharibəyə qarışma, kənarda qal” məsləhətini verə bilər. Ancaq Çin lideri açıq şəkildə bildirib ki, Çin Belarusun suverenliyinə və ərazi bütövlüyünə dəstək verməyə hazırdır. Pekinin sözdə dəstəyi heç nə ifadə etmir. Lukaşenko Rusiya-Ukrayna müharibəsində neytrallığını qoruya bilməyəcəksə, Çin Belarusun köməyinə gəlməyəcək”, - politoloq vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 İyul 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri