Icma.az
close
up
RU
“Bavariya” debütantdan üç qol buraxsa da...

“Bavariya” debütantdan üç qol buraxsa da...

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tur Bremendə start götürdü. “Maynts-05”i minimal hesabla məğlub edən “Verder” 4 oyunluq qələbəsiz seriyaya son qoydu.

“Karnavalçılar” səfərdəki son 4-cü oyundan 3-cü məğlubiyyətlə ayrıldılar. Halbuki komanda qalib gəlsəydi, turu “ÇL zonası”nda başa vura bilərdi...
Şənbə gününün qarşılaşmaları meydan sahibləri üçün uğursuz alındı. Fanatları önündə oynayan klublardan yalnız “Bavariya” hesabına 3 xal yaza bildi. Münhen nəhənginin autsayder və debütant “Holştayn”la qarşılaşmada problem yaşayacağı güman edilmirdi. Hərçənd Kil təmsilçisi bu mövsüm artıq son çempion “Bayer-04”lə səfər oyununda xal qazanmağı bacarmışdı (2:2). Özü də komanda həmin oyunda 2 topluq geriliyi aradan qaldırmışdı. Münhendə isə “Holştayn” yalnız 0:4-dən sonra ayıldı. Hərçənd bunu artıq “rekordmayster”in motivasiyanı itirməsi ilə də əlaqələndirmək olar.
İstənilən halda qonaqlara son yarım saatda fərqi minimuma endirdiklərinə görə böyük alqış tutur. Amma komanda bundan artığına nail ola bilmədi. Dortmund “Borussiya”sı da axır ki fanatlarını sevindirdi. Son 4 turda qələbəyə həsrət qalan və bu müddətdə cəmi 1 xal qazanan komanda uğursuzluq seriyasına debütant “Haydenhaym”la səfər oyununda son qoydu. “Arılar” bu matça da Mayk Tullberqin başçılığı altında çıxmışdılar. Niko Kovaçın debütü isə gələn tura təsadüf edəcək.
19 yaşlı türkəsilli yarımmüdafiəçi Mərt Kömürün mövsümdəki ilk qolu “Auqsburq”u “Sankt Pauli” ilə səfər oyununda məğlubiyyətdən xilas etdi. “Ştutqart”ın evdə Münhenqladbax “Borussiya”sına uduzması turun əsas sürprizlərindən oldu. Görünür, şvabiyalılar PSJ ilə oyundakı fiaskodan sonra hələ də özlərinə gələ bilməyiblər. Komanda ardıcıl 3-cü rəsmi oyunda meydanı başıaşağı tərk etdi. Sonuncu pillədəki “Bohum”u minimal hesabla üstələyən “Frayburq” oktyabrın əvvəllərindən bəri səfərdə ilk qələbəsini qazandı. “Leyptsiq” “Union” səfərində qolsuz bərabərliklə kifayətləndi. Marko Rozenin komandasının son 6 rəsmi oyunda cəmi 1 qələbəsi var.
Bazar günü keçirilən qarşılaşmalara gəlincə, türkiyəli Can Uzunun vurduğu qol “Ayntraxt”ı “Volfsburq”la ev oyununda məğlubiyyətdən xilas etdi.
Marmuşun ayrılmasından sonra gücü xeyli azalan Franfkurt təmsilçisi ardıcıl 3-cü rəsmi matçda qələbəyə həsrət qaldı. Ötən tur “Leyptsiq”lə səfər oyununda 2 topluq üstünlüyü əldən verən və “Bavariya”dan 6 xal geri düşən “Bayer-04” bu dəfə sürprizə imkan vermədi. Xabi Alonsonun komandası “Hoffenhaym”la qarşılaşmada ciddi müqavimətlə üzləşmədi. “Kəndçilər” bu mövsümü zəif və qeyri-sabit keçirirlər. Bu komanda da “Haydenhaym” kimi avrokuboklarda oynamağın və iki turnirdə iştirak etməyin yükünü daşımaqda çətinlik çəkir. Leverkuzen klubunun evdə ardıcıl 9-cu rəsmi oyunda qalib gəldiyini bildirək.
20-ci tur
Bavariya – Holştayn 4:3

Musiala, 19. Keyn, 45+3; 46. Qnabri, 54 – Porat, 62. Skribski, 90+1; 90+3. (75000)
Bavariya: Noyer, Laymer, Upamekano, Kim Min Ce, Gerreyro (Aznu, 85), Kimmix, Pavloviç (Palyinya, 58), Olise (Qnabri, 46), Musiala, Koman (Sane, 58), Keyn (Müller, 58).
Bayеr-04 – Hoffеnhaym 3:1
Bonifeys, 15. Frimponq, 19. Şik, 51 – G.Orban, 62. (29278)
Bayer-04: Qradetski, Frimponq (Artur, 84), Ta, Tapsoba, İnkapye, Qrimaldo, Qarsiya, Caka, Tella (Buendia, 42), Virts (Palasios, 84), Bonifeys (Şik, 46).
Haydenhaym – Borussiya D 1:2
Honsak, 64 – Girassi, 33. Bayer, 63. (15000)
Borussiya: Kobel, Ryuyerson, Əmrə Can, Anton, Zabitser, Bensebayni, Qross (Salih Özcan, 71), Brandt (Bayer, 58), Dyuranvill (Adeyemi, 46), Gittens (Reyna, 87), Girassi.
Union – Leyptsiq 0:0
(22012)
Leyptsiq: Qulaçi, Baku (Lukeba, 72), Klostermann, V.Orban, Bitşiabu (Aydara, 46), Raum, Baumqartner (Poulsen, 77), Zayvald (Kampl, 72), Simons, Openda (Nusa, 46), Şeşko.
Ayntraxt F – Volfsburq 1:1
Can Uzun, 81 – Tuta, 50-öz qapısına. (56000)
Ayntraxt: Trapp, Kollins, Tuta, Kox (Kristensen, 15), Teate, Braun (Nkunku, 68), Höylunn (Larsson, 57) Skiri (Can Uzun, 68), Götse, Knauff (Bahoya, 57), Ekitike.
Ştutqart – Borussiya M 1:2
Elvedi, 49-öz qapısına – Nqumu, 25. Klayndinst, 81. (55000)
Bohum – Frayburq 0:1
Sildilya, 34. (25000)
Sankt Pauli – Auqsburq 1:1
Benks, 17-öz qapısına – Mərt Kömür, 83. (29546)
Verder – Maynts-05 1:0
Bittenkurt, 14. (40000)
1. Bavariya 20 16 3 1 62-19 51
2. Bayer-04 20 13 6 1 49-27 45
3. Ayntraxt F 20 11 5 4 45-27 38
4. Leyptsiq 20 9 6 5 34-29 33
5. Ştutqart 20 9 5 6 37-30 32
6. Maynts-05 20 9 4 7 33-24 31
7. Borussiya M 20 9 3 8 32-30 30
8. Verder 20 8 6 6 34-36 30
9. Frayburq 20 9 3 8 27-36 30
10. Volfsburq 20 8 5 7 43-35 29
11. Borussiya D 20 8 5 7 36-34 29
12. Auqsburq 20 7 5 8 24-35 26
13. Sankt Pauli 20 6 3 11 18-22 21
14. Union 20 5 6 9 16-27 21
15. Hoffenhyaym 20 4 6 10 26-40 18
16. Haydenhaym 20 4 2 14 25-42 14
17. Holştayn 20 3 3 14 31-52 12
18. Bohum 20 2 4 14 17-44 10
Bombardirlər: Keyn (Bavariya) – 19, Marmuş (Ayntraxt F) – 15, Şik (Bayer-04) – 14, Burkardt (Maynts-05), Klayndinst (Borussiya M) – 12.
Turun rəqəmi
59 – uğurlu mövsüm keçirən “Bayer-04”ün forvardı Patrik Şik bu tur fərqlənməklə son 5 turda 8-ci, mövsümdə isə 14-cü qolunu vurdu. Çexiyalı hücumçu bu 14 qolu 824 dəqiqəyə sığışdırıb. Yəni o, orta hesabla hər 59 dəqiqəyə bir qol vurur. Bu, cari mövsüm “böyük beşlik”də ən azı 10 qol vuran futbolçular arasında ən yaxşı göstəricidi! Maraq üçün bu siyahıda sonrakı pillələrdə “Bavariya”lı Keyn (hər 76 dəqiqəyə 1 qol) ilə “Atalanta”lı Reteginin (hər 77 dəqiqəyə 1 qol) qərarlaşdığını bildirək.
Turun ulduzu
Harri Keyn (Bavariya) – debütantla qarşılaşmada iki qol vuran Keyn bu tur dubl edən yeganə futbolçu oldu. Maraqlıdı ki, o, bundesliqada ilk dəfə bir qarşılaşmada başla iki qol vurdu. Ünlü forvard adını tək “Bavariya”nın yox, həm də bundesliqanın tarixinə yazdırmaqda davam edir. İngiltərə yığmasının kapitanı bu tur önəmli bir göstəriciyə nail oldu. 31 yaşlı futbolçu bundesliqada keçirdiyi 50-ci oyunda uyğun olaraq 54 və 55-ci qollarını vurdu. Bu, turnirin yeni rekordudu! Əvvəlki rekord ilk 50 oyuna 50 qol vuran Dortmund “Borussiya”sının sabiq forvardı Erlinq Holanna məxsus idi.
Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“80-ci dəqiqəyə qədər ideal oynadıq. Amma rəqib 0:4-dən sonra da həvəsdən düşmədi və final fitinə qədər mübarizə apardı. Açığı, oyunun sonları məndə ikili hisslər və bəzi suallar doğurdu. Həmin məqamda başverənləri komanda ilə birlikdə analiz edəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Fevral 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see270

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see253

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see247

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see231

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see230

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see228

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see200

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see200

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see191

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see175

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see172

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri