Icma.az
close
up
RU
“Bavariya” fərqi artırır

“Bavariya” fərqi artırır

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tur “Union”la “Frayburq” arasındakı qolsuz bərabərliklə start götürdü. Paytaxt təmsilçisi bu mövsüm hələ də evdə uduzmayıb.

Şənbə günü keçirilən qarşılaşmalarda səfərdə yalnız “Bavariya” qalib gəldi. Düzdü, Münhen nəhənginin debütant və autsayder “Sankt Pauli”yə qarşı bu qədər çətinlik çəkməsi gözlənilməz oldu. Amma əla formada olan Musialanın ilk yarının ortalarında vurduğu qol qələbə üçün kifayət etdi. Ardıcıl 4-cü turda xal itirməyən “rekordmayster” rəqiblərindən uzaqlaşmaqda davam edir. Çünki digər iddialılar mövsümü qeyri-sabit keçirərək xalları sağa-sola paylamaqda davam edirlər. Məsələn, “Leyptsiq” nə qədər çalışsa da, evdə Münhenqladbax “Borussiya”sının müqavimətini qıra bilmədi.
Maraqlıdı ki, “öküzlər” bu mövsüm üç dəfə heç-heçə oynayıblar və hər üç halda da 0:0 hesabı qeydə alınıb. Son çempion “Bayer-04” isə fanatlarını və futbol ictimaiyyətini pis mənada təəccübləndirməkdə davam edir. Komanda ötən mövsüm sanki birillik “Bavariya”nın cildinə girmişdi və indi yenidən əvvəlki illərdəki simasına qayıdıb. Xabi Alonsonun yetirmələri sonuncu pillədəki “Bohum”la səfər oyununda qələbəni son anlarda əldən verərək yalnız 1 xalla kifayətlənməli oldu. Son 6 rəsmi oyunda cəmi 1 qələbəsi olan Leverkuzen təmsilçisi bu nəticədən sonra liderdən 9 xal geri düşdü. Dortmund “Borussiya”sının fanatlarını isə indi yalnız bir sual maraqlandırır: Nuri Şahin nə vaxt qovulacaq? Çünki “arılar” bütün tənqidlərə baxmayaraq, “evdə xoruz, çöldə fərə” prinsipi ilə yola davam edirlər. Bu dəfə ÇL-in son finalçısı səfərdə ortabab “Maynts-05”ə boyun əydi. Hərçənd ədalət naminə Əmrə Canın artıq 27-ci dəqiqədə birbaşa qırmızı vərəqə almaqla komandasını pis vəziyyətdə qoyduğunu da bildirək.
Düşündürücü məqam odu ki, “Borussiya” 90 dəqiqə ərzində “çərçivə”yə yeganə zərbəsini Girassinin penaltidən fərqləndiyi epizodda vurdu. Komanda bu mövsüm evdə keçirdiyi 7 rəsmi oyunun hamısında qalib gəldiyi halda, səfərdə ardıcıl 6-cı (!!!) rəsmi qarşılaşmada məğlub oldu. “Borussiya”nın sonuncu dəfə belə faciəvi seriyası 2006/07-də olmuşdu. Vitse-çempion “Ştutqart” da “Bayer-04”ün yolu ilə gedərək ötən mövsümdəki gücündən çox uzaq görünür. Şvabiyalılar bu dəfə evdə “Ayntraxt”a uduzmaqla turnir cədvəlində 11-ci pilləyə gerilədilər.
10-cu tur
Sankt Pauli – Bavariya 0:1

Musiala, 22. (29546)
Bavariya: Noyer, Gerreyro (Laymer, 70), Upamekano, Kim Min Ce, Devis, Kimmix, Qoretska (Palyinya, 82), Sane (Olise, 82), Musiala (Müller, 90), Koman (Qnabri, 69), Keyn.
Maynts-05 – Borussiya D 3:1
Li Ce Sun, 36. Burkardt, 45+3. Nebel, 54 – Girassi, 40-p. (33000)
Borussiya: Mayer, Qross, Əmrə Can, Şlotterbek, Ryuyerson (Kabar, 74), Nmeça (Lürs, 59), Zabitser, Brandt (Kempbell, 74), Bayer (Malen, 59), Gittens (Kouto, 59), Girassi.
Bohum – Bayеr-04 1:1
Miyoşi, 89 – Şik, 18. (26000)
Bayer-04: Qradetski, Frimponq (Qarsiya, 87), Ta, İnkapye, Tapsoba, Qrimaldo, Andrix, Caka, Hofmann (Tella, 63), Virts, Şik (Bonifeys, 77).
Lеyptsiq – Borussiya M 0:0
(47000)
Leyptsiq: Qulaçi, Henrixs (Aydara, 67), Klostermann, Orban, Bitşiabu, Nusa, Vermeeren (Zayvald, 81), Kampl, Poulsen (Şeşko, 67), Baumqartner (Uedraoqo, 81), Openda.
Ştutqart – Ayntraxt F 2:3
Vaqnoman, 86. Voltemade, 90 – Ekitike, 45. Braun, 55. Marmuş, 62. (60000)
Ştutqart: Nübel, Vaqnoman, Ruo (Hendriks, 75), Şabo, Mittelştadt, Karazor (Ture, 61), Ştiller, Rider (Dil, 61), Miyo, Fürix, Demiroviç (Voltemade, 75).
Ayntraxt: Trapp, Kollins (Bahoya, 77), Kox, Tuta, Teate, Skiri, Larsson (Götse, 56), Ebimbe (Knauff, 46), Braun (Matanoviç, 85), Marmuş, Ekitike (Çaibi, 77).
Verder – Holştayn 2:1
Staqe, 36. Berk, 89 – Harres, 48. (42100)
Haydenhaym – Volfsburq 1:3
Piringer, 64 – Gerhardt, 3. Dardai, 42. Tomaş, 90. (15000)
Union – Frayburq 0:0
(22012)
Auqsburq – Hoffеnhaym 0:0
(28300)
1. Bavariya 10 8 2 0 33-7 26
2. Leyptsiq 10 6 3 1 15-5 21
3. Ayntraxt F 10 6 2 2 26-16 20
4. Bayer-04 10 4 5 1 21-16 17
5. Frayburq 10 5 2 3 13-11 17
6. Union 10 4 4 2 9-8 16
7. Borussiya D 10 5 1 4 18-18 16
8. Verder 10 4 3 3 17-21 15
9. Borussiya M 10 4 2 4 15-14 14
10. Maynts-05 10 3 4 3 15-14 13
11. Ştutqart 10 3 4 3 19-19 13
12. Volfsburq 10 3 3 4 19-18 12
13. Auqsburq 10 3 3 4 13-20 12
14. Haydenhaym 10 3 1 6 13-15 10
15. Hoffenhyaym 10 2 3 5 13-19 9
16. Sankt Pauli 10 2 2 6 7-12 8
17. Holştayn 10 1 2 7 12-25 5
18. Bohum 10 0 2 8 10-30 2
Bombardirlər: Keyn (Bavariya), Marmuş (Ayntraxt F) – 11, Girassi (Borussiya D), Bonifeys (Bayer-04), Klayndinst (Borussiya M), Burkardt (Maynts-05) – 6.
Növbəti turun oyunları noyabrın 22-24-ü aralığında keçiriləcək: Bayеr-04 – Haydenhaym, Bavariya – Auqsburq, Borussiya M – Sankt Pauli, Borussiya D – Frayburq,, Ayntraxt F – Verder, Hoffеnhaym – Lеyptsiq, Holştayn – Maynts-05, Ştutqart – Bohum, Volfsburq – Union.
Turun rəqəmi
26 – Vensan Kompani bundesliqada ilk 10 qarşılaşmada 26 xal toplayıb. Bu, “Bavariya”nın baş məşqçiləri arasında rekord göstəricinin təkrarlanması deməkdi. Daha öncə Münhen nəhənginin başında bu göstəriciyə 2013-də Xosep Qvardiola və 1968-də (3 xallıq sistemlə hesabladıqda) Branislav Zebeç nail olub.
Turun ulduzu
Omar Marmuş (Ayntraxt F) – misirli forvard nağıllardakı kimi bir mövsüm keçirməkdə və mühüm göstəricilərə nail olmaqda davam edir. Çətin “Ştutqart” səfərində o yenə parlaq futbol sərgiləyərək hesabına qol və məhsuldar ötürmə yazdı. Marmuş ardıcıl 3-cü (!) rəsmi oyunda cərimə zərbəsindən qol vurdu. Halbuki bu mövsüm “böyük beşlik”də cərimə zərbəsindən 1-dən artıq qol vuran futbolçu yoxdu. Maraq üçün bildirək ki, “böyük beşlik”də sonuncu dəfə ardıcıl 3 rəsmi oyunda cərimə zərbəsindən fərqlənməyi 2019-un mart-aprelində Lionel Messi bacarıb.
Turun sitatı
Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:

“Açığı, hücumdakı oyunumuzdan razı deyiləm. Fasilədə oyunçularla söhbətdə onlara dedim ki, bir qol qələbə üçün kifayət etməyə bilər. Buna baxmayaraq, hücumda fəallığı artıra bilmədik. Qələbəyə yaxın olsaq da, onu əldən verdik. İndi edə biləcəyimiz yeganə şey oyunu təhlil edib səhvlərimiz üzərində işləməkdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri