“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniyanın “Bavariya” futbol komandasının prezidenti Herbert Hayner Harri Keynin 2026-cı ilin “Qızıl top” mükafatını qazanmalı olduğunu düşünür.
İdman.Biz xəbər verir ki, Hayner ingiltərəli hücumçunun ötən mövsümdəki göstəricilərini sadalayaraq onun mükafata layiq olduğunu vurğulayıb.
“Harri Keyn Bundesliqa, Almaniya Kuboku və Çempionlar Liqasında 60 qol vurub, Almaniya çempionu olub, ölkə kubokunu qazanıb, Çempionlar Liqasının yarımfinalına yüksəlib və çox yaxşı dünya çempionatı keçirib. ‘Qızıl top’u qazanmaq üçün daha nə etmək lazımdır, bilmirəm”, - deyə Hayner bildirib.
“Bavariya” prezidenti Lamin Yamalın da güclü futbolçu olduğunu qəbul edib, lakin seçimində Keyni üstün tutduğunu deyib:
“Lamin Yamal, əlbəttə, çox yaxşı futbolçudur və onu böyük gələcək gözləyir. Amma ötən mövsümün bütün məqamlarını nəzərə alsaq, mənim üçün yalnız bir qalib var - Harri Keyn”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 21 Sentyabr 2026 03:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















