Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

“Bavariya”dan növbəti möcüzə!

“Bavariya”dan növbəti möcüzə!

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Union” hələ ki “böyük beşliy”in ilk qadın məşqçisi Mari-Luize Etanın başçılığı altında məğlubiyyətləri sıralayır. Turun açılış matçında “Leyptsiq” səfərindən xalsız dönən paytaxt təmsilçisi bu məşqçi ilə ikinci oyunda da uduzdu. Mövsümün sonuna yaxın yaxşı sürət yığan və son 8 turda 7-ci qələbəsini qazanan “öküzlər” çətin ki, bundan sonra 3-cü pilləni əldən versinlər.

“Bavariya” mövsümün sonuna yaxın sanki “siz bacardığınız qədər vurun, biz lazım olan qədər vuracağıq” deməklə rəqibləri ilə məzələnir. Ötən tur çempionluğu rəsmiləşdirən Münhen nəhənginin Maynts səfərində - vacib ÇL matçı ərəfəsində özünə əziyyət verməyəcəyi güman edilirdi. İlk yarıda bu proqnozlar doğruldu. “Maynts-05” XXI əsrdə bundesliqada “Bavariya” ilə oyunda fasiləyə 3 topluq üstünlüklə yollanan 3-cü komanda oldu. Ancaq 0:3 sanki “rekordmayster”in qüruruna toxundu. Özü də nəzərə alaq ki, “Bavariya” ilk dövrədə də “karnavalçılar”la bacarmamışdı (2:2). Komanda uğurlu əvəzetmələr sayəsində 2-ci hissədə rəqibini meydandan silib-süpürərək 4 qol vurdu! Son 3 qolun müəllifi olan Olise, Musiala və Keyn məhz fasilədən sonra meydana çıxdı. Vensan Kompaninin komandasının bütün turnirlərdə məğlubiyyətsiz seriyası 19 oyuna çatdı (17 qələbə, 2 heç-heçə). Ardıcıl 7-ci görüşdə fərqlənən Keyn isə bu mövsüm 46-cı rəsmi oyunda 54-cü (!) qolunu vurdu. “Bavariya” bir neçə həftə öncə buna bənzər oyunu səfərdə “Frayburq”un da başına açmış və 80-ci dəqiqədən sonra vurduğu qollarla 3:2-lik qələbə qazanmışdı.
Evdə Münhenqladbax “Borussiya”sı ilə bacara bilməyən “Volfsburq” düşmə zonasından çıxmaq fürsətini əldən verdi. Taleyi ilə barışmaq və aşağı liqaya yollanmaq istəməyən “Haydenhaym” “Sankt Pauli”ni yenməklə evdə ardıcıl 2-ci qələbəsini qazandı. Amma komanda hələ də sonuncu pillədədi. Son iki turdan xalsız ayrılan Dortmund “Borussiya”sı bütün acığını “Frayburq”dan çıxaraq 4 cavabsız qol vurdu. Amma bunu gözləmək olardı. Çünki “Frayburq” əsas diqqətini Avropa Liqasının yarımfinalına yönəldib. Bu komandanın “Siqnal İduna Park”da keçirdiyi son 4 oyundakı top fərqi “göz oxşayır” (1:16).
Mövsüm sona yaxınlaşdıqca Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə qızışır. “Ştutqart” evdə “Verder”i yenə bilməməklə mühüm xallar itirdi. “Hoffenhaym” bundan çox gözəl faydalandı. “Kəndçilər” səfərdə “Hoffenhaym”ı yenməklə xal hesabında “Ştutqart”ı yaxaladılar. Çox güman, bu mübarizə “Ştutqart”, “Hoffenhaym” və “Bayer-04” arasında sona qədər davam edəcək. Onu da bildirək ki, Almaniyanın cari mövsümdə avrokuboklarda ən çox xal toplayan iki ölkədən biri olmaq şansı davam edir. Bu baş verəcəyi təqdirdə 5-ci yeri tutan komanda da gələn mövsüm ÇL-də oynayacaq.
31-ci tur
Maynts-05 – Bavariya 3:4

Kor, 15. Nebel, 29. Bekker, 45+2 – Cekson, 53. Olise, 73. Musiala, 80. Keyn, 83. (33305)
Bavariya: Urbiq, Laymer, Kim Min Ce, İto, Devis (Stanişiç, 57), Ndiaye (Ta, 77), Pavloviç (Keyn, 46), Gerreyro (Musiala, 57), Qoretska, Dias (Olise, 46), Cekson.
Borussiya D – Frayburq 4:0
Bayer, 8. Girassi, 14. Bensebayni, 31. F.Silva, 87. (81365)
Borussiya: Kobel, Ryuyerson, Bensebayni, Anton, Şlotterbek, Bayer (Albert, 89), Zabitser, Bellingem (Salih Özcan, 88), Brandt (Çukvuemeka, 84), İnasio (Svensson, 74), Girassi (F.Silva, 84).
Köln – Bayer-04 1:2
Valdşmidt, 77 – Şik, 43-p.; 52. (50000)
Bayer-04: Blasvix, Kalbret (Artur, 72), Kuansa (Bade, 86), Andrix, Tapsoba, Qrimaldo, Palasios, A.Qarsiya (Fernandes, 72), Maza (Tillman, 62), Tella (Ben Segir, 72), Şik.
Ştutqart – Verder 1:1
Demiroviç, 61 – Staqe, 18. (60000)
Ştutqart: Nübel, Assinyon (Fürix, 57), Jak, Zaqadu (Hendriks, 46), Mittelştadt, Levelinq (Buanani, 78), Andres (Narti, 89), Ştiller, Əl-Xannus, Tomas (Demiroviç, 57), Dəniz Undav.
Leyptsiq – Union 3:1
Finkqrafe, 22. Romulo, 25. Baku, 63 – Duxi, 78. (47800)
Leyptsiq: Vandervoordt, Baku (Henrixs, 79), Orban, Bitşiabu, Finkqrafe, Baumqartner, Şlager, Uedraoqo (Harder, 68), Diomande (Bakayoko, 79), Nusa (Qomis, 90), Romulo (Qruda, 68).
Hamburq – Hoffеnhaym 1:2
Qlatsel, 34 – Asllani, 18. Lemperle, 45. (57000)
Auqsburq – Ayntraxt F 1:1
Kade, 44 – Doan, 66. (30660)
Haydenhaym – Sankt Pauli 2:0
Zivzivadze, 3. Ərən Dinkci, 82. (15000)
Volfsburq – Borussiya M 0:0
(27947)
1. Bavariya 31 26 4 1 113-32 82
2. Borussiya D 31 20 7 4 65-31 67
3. Leyptsiq 31 19 5 7 62-38 62
4. Ştutqart 31 17 6 8 63-43 57
5. Hoffenhaym 31 17 6 8 61-45 57
6. Bayer-04 31 16 7 8 62-42 55
7. Ayntraxt F 31 11 10 10 56-58 43
8. Frayburq 31 12 7 12 44-52 43
9. Auqsburq 31 10 7 14 39-55 37
10. Maynts-05 31 8 10 13 39-49 34
11. Borussiya M 31 7 11 13 36-50 32
12. Verder 31 8 8 15 36-54 32
13. Union 31 8 8 15 35-55 32
14. Köln 31 7 10 14 45-53 31
15. Hamburq 31 7 10 14 34-50 31
16. Sankt Pauli 31 6 8 17 26-53 26
17. Volfsburq 31 6 7 18 41-66 25
18. Haydenhaym 31 5 7 19 35-66 22
Bombardirlər: Keyn (Bavariya) – 33, Dəniz Undav (Ştutqart) – 18, Dias (Bavariya), Girassi (Borussiya D) – 15.
Növbəti turun oyunları mayın 2-3-də keçiriləcək: Bavariya – Haydenhaym, Union – Köln, Borussiya M – Borussiya D, Bayеr-04 – Leyptsiq, Frayburq – Volfsburq, Ayntraxt F – Hamburq, Sankt Pauli – Maynts-05, Hoffеnhaym – Ştutqart, Verder – Auqsburq.
Turun rəqəmi
8 – “Bavariya” bu mövsüm bundesliqada 8-ci dəfə hesabda geri düşdüyü oyunda qalib gəlməklə turnirin rekordunu təkrarladı. Nə qədər qəribə səslənsə də, bu rekord münhenlilərə aid deyildi. Rekordun müəllifi 1999/00-də “Bayer-04” olmuşdu. Onu da bildirək ki, “Bavariya” bu mövsüm hesabda geridə olduğu qarşılaşmalarda topladığı xalların sayını 28-ə çatdırdı və hələ ki, bu göstəricidə 1999/00-nin “Bayer-04”ündən (29) geri qalır.
Turun ulduzu
Patrik Şik (Bayer-04) – çexiyalı forvard bu tur dubl edən yeganə futbolçu oldu. Üstəlik məhz onun qolları komandasının qələbəsində mühüm rol oynadı. Yeri gəlmişkən, 30 yaşlı hücumçu leverkuzenlilərin heyətində 207-ci rəsmi oyunda vurduğu qolların sayını 100-ə çatdırdı. O, Ulf Kirtsen (448 oyun, 240 qol) və Ştefan Kisslinqdən (444 oyun, 162 qol) sonra “Bayer-04” tarixində 100 qol həddinə çatan 3-cü futbolçudu!
Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“İlk yarıda nəyi yanlış etdik? Hər şeyi. İlk 20 dəqiqədə lap da bərbad oynamırdıq. Sadəcə, təhlükə yarada bilmirdik. Sonra ardıcıl 3 top buraxdıq. “Maynts-05” həmin müddətdə 4-cü, hətta 5-ci qolları da vura bilərdi. Fasilədə heç bir ciddi təhlil aparmadıq. Söhbət yalnız qalib mentallığından getdi. Futbolçular bu çağırışı qəbul etdilər. Onlar ÇL ərəfəsində zədə ilə bağlı bütün qorxuları bir kənara buraxaraq irəli atıldılar. Qələbəni necə qeyd etdiyimizi özünüz gördüz. İkinci hissədə göstərdiyimiz xarakter çox xoşuma gəldi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 May 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see664

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see444

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see410

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see395

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see390

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see351

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see290

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see275

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see273

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see252

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see247

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see235

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see229

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see227

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see224

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see221

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri