Icma.az
close
up
RU
Bayden ABŞda siyasi məhbus olduğunu etiraf etdi Azay Quliyev

Bayden ABŞda siyasi məhbus olduğunu etiraf etdi Azay Quliyev

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Dekabrın 2-də ABŞ Prezidenti Co Bayden oğlu Hunter Baydenin yalnız soyadı səbəbilə ittiham olunduğunu və siyasi motivlərlə həbs olunduğunu əsas gətirərək onun azad olunması haqqında əfv qərarı verib. Hunter bu yay silah alarkən narkotik istifadəsini yalan bəyan etməyə və vergidən yayınmaya görə məhkum edilib və hər iki iş üzrə cəza bu ayın sonlarında elan olunmalı idi.

Bayden əfv qərarını əsaslandıran zaman deyib ki, Hunterin işlərinin faktlarına baxan heç bir məntiqli şəxs onun yalnız mənim oğlum olduğu üçün hədəf alındığını inkar edə bilməz, bu yanlışdır və bu siyasi motivli həbs ədalətin pozulmasıdır. Daha sonra o əlavə edib: “oğlum Hunterı "sındırmağa" çalışıblar, lakin o, beş il yarımdır ki, təmizdir, buna baxmayaraq amansız hücumlar və selektiv ittihamlarla üzləşib. Onu qırmağa çalışarkən məni də sındırmağa çalışıblar və bunun (siyasi repressiyanın) burada dayanacağına inanmaq üçün heç bir səbəb yoxdur. Yetər, bəsdir.”

Beləliklə, Bayden etiraf edib ki, ABŞ-da hakimiyyətin 3 müstəqil qolundan biri olan məhkəmə daim iddia etdikləri kimi ədalət və qanunun aliliyi prinsipi ilə deyil, siyasi sifarişlə və siyasi motivlər (qondarma faktlar) əsasında oğlunu həbs edib.

Ancaq Baydenin gərək haqqını verəsən, heç olmasa, hakimiyyətinin son günlərində özündə cəsarət tapıb ABŞ-da baş verən siyasi repressiyaları, hücumları və həbsləri etiraf etmiş oldu.

İndi ən maraqlı sual budur: Azərbaycanda guya siyasi motivli həbslərin olması, erməni terrorçularının azad edilməsi barədə az qala hər ay bəyanat verən konqresmenlər, senatorlar və Dövlət departamenti (özü-özünə məktub yazan) Baydenin ABŞ-da siyasi həbslərin olması ilə bağlı açıqlamasına nə deyəcəklər?

Onlar da özlərinin riyakarlığını və ikiüzlülüyünü, demokrtaiya və insan haqları adı altında ölkəmizə təzyiq etdiklərini etiraf edəcəklərmi?

Azay Quliyev, millət vəkili

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri