Icma.az
close
up
RU
Oğlunu əfv edən Co Bayden ABŞda siyasi məhbus olduğunu etiraf etdi

Oğlunu əfv edən Co Bayden ABŞda siyasi məhbus olduğunu etiraf etdi

Manset saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 2-də ABŞ Prezidenti Co Bayden oğlu Hunter Baydenin yalnız soyadı səbəbilə ittiham olunduğunu və siyasi motivlərlə həbs olunduğunu əsas gətirərək onun azad olunması haqqında əfv qərarı verib.


Hunter bu yay silah alarkən narkotik istifadəsini yalan bəyan etməyə və vergidən yayınmaya görə məhkum edilib və hər iki iş üzrə cəza bu ayın sonlarında elan olunmalı idi.

Bayden əfv qərarını əsaslandıran zaman deyib ki, Hunterin işlərinin faktlarına baxan heç bir məntiqli şəxs onun yalnız mənim oğlum olduğu üçün hədəf alındığını inkar edə bilməz, bu yanlışdır və bu siyasi motivli həbs ədalətin pozulmasıdır. Daha sonra o əlavə edib: “oğlum Hunterı "sındırmağa" çalışıblar, lakin o, beş il yarımdır ki, təmizdir, buna baxmayaraq amansız hücumlar və selektiv ittihamlarla üzləşib. Onu qırmağa çalışarkən məni də sındırmağa çalışıblar və bunun (siyasi repressiyanın) burada dayanacağına inanmaq üçün heç bir səbəb yoxdur. Yetər, bəsdir.”

Beləliklə, Bayden etiraf edib ki, ABŞ-da hakimiyyətin 3 müstəqil qolundan biri olan məhkəmə daim iddia etdikləri kimi ədalət və qanunun aliliyi prinsipi ilə deyil, siyasi sifarişlə və siyasi motivlər (qondarma faktlar) əsasında oğlunu həbs edib.

Ancaq Baydenin gərək haqqını verəsən, heç olmasa, hakimiyyətinin son günlərində özündə cəsarət tapıb ABŞ-da baş verən siyasi repressiyaları, hücumları və həbsləri etiraf etmiş oldu.

İndi ən maraqlı sual budur: Azərbaycanda guya siyasi motivli həbslərin olması, erməni terrorçularının azad edilməsi barədə az qala hər ay bəyanat verən konqresmenlər, senatorlar və Dövlət departamenti (özü-özünə məktub yazan) Baydenin ABŞ-da siyasi həbslərin olması ilə bağlı açıqlamasına nə deyəcəklər?

Onlar da özlərinin riyakarlığını və ikiüzlülüyünü, demokrtaiya və insan haqları adı altında ölkəmizə təzyiq etdiklərini etiraf edəcəklərmi?

Azay Quliyev

Millət vəkili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 03 Dekabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri