Bayden Si Sinpinlə Ukraynadakı müharibəni və Rusiyadakı Şimali Koreya qoşunlarını müzakirə edəcək
Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabrın 16-da Peruda keçiriləcək APEC sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden Çin lideri Si Sinpinlə görüşdə bir sıra məsələləri müzakirə edəcək. Onların arasında Rusiyanın Ukraynaya qarşı müharibəsində Pekinin Moskvaya dəstək verməsi və işğalçı ölkədə KXDR hərbçilərinin yerləşdirilməsi də olacaq.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Amerika prezidentinin ofisinin nümayəndəsinin sözlərinə görə, sabah Limada keçirilməsi planlaşdırılan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində ABŞ və Çin liderləri arasında görüş baş tutacaq.
Ağ Ev qeyd edib ki, bu, Baydenin prezident kimi fəaliyyətə başlamasından sonra iki dövlət başçısının üçüncü şəxsi görüşü olacaq. Beləliklə, onlar daha əvvəl 2022-ci ildə G20-nin keçirildiyi Balidə və 2023-cü ildə Vood Side-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində görüşmüşdülər.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 15 Noyabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















