Bayden Suriyada onu axtarır : Sağ olduğuna ümid edirik FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ sözçüsü Bayden administrasiyasının 2012-ci ildə Suriyada qaçırılan amerikalı jurnalist Austin Ticenin tapılıb azad edilməsi üçün əlindən gələni etdiyini və bu məsələnin onlar üçün mühüm prioritet olduğunu vurğulayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Jean-Pierre gündəlik mətbuat brifinqində Suriyadakı hadisələrlə bağlı qiymətləndirmələr edib.
Jean-Pierre "Ticenin sağ olduğuna ümid edirik. Biz türklərlə və başqaları ilə birlikdə onu tapıb evə qayıtmasına kömək etmək üçün çalışırıq" sözlərini deyib.
Qeyd edək ki, Ostin Tice 2012-ci il avqustun 14-də Dəməşq yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində sərbəst jurnalist kimi Suriya vətəndaş müharibəsini işıqlandırarkən qaçırılıb. Bir müddət sonra Ticenin silahlı və naməlum qrup tərəfindən gözləri bağlı saxlandığını göstərən video yayımlanıb, lakin bu günə qədər heç bir qrup onun qaçırılmasına görə məsuliyyəti üzərinə götürməyib.
Nərmin
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















