Icma.az
close
up
RU
Bayden və Szinpinin son görüşü: Xəbərdarlıq etdilər

Bayden və Szinpinin son görüşü: Xəbərdarlıq etdilər

Axar.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Co Bayden noyabrın 16-da Peru paytaxtı Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çin lideri Si Szinpinlə görüşüb. Bu, Baydenin Ağ Ev sahibi kimi Si Szinpinlə üçüncü və son görüşü olub.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Si Szinpin Baydenə deyib ki, Çinin Ukrayna böhranına baxışı ədalətlidir. Çin lideri Ukrayna böhranının danışıqlar yoluyla həllinə tərəfdar olduğunu bildirib. Bayden isə bunun qarşılığında Szinpinə bildirib ki, Vaşinqton Çinin Rusiya hərbi sənayesinə verdiyi dəstəkdən narahatdır. Yəni bu o deməkdir ki, Rusiya Çin vasitəsilə hərbi gücünü artırmaqla Ukraynaya qarşı işğalçı müharibəsini davam etdirə bilir.

Tayvan məsələsinin Pekinın “qırmızı xətti” olduğunu xatırladan Szinpin adanın silahlandırılmasına seyrçi qalmayacağını xatırladıb. O, ABŞ-a işarə edərək, Tayvan separatçılarına dəstəyin bölgədə gərginliyi artırdığını vurğulayıb. Bayden isə buna cavab olaraq Tayvan adasının status-kvosunun birtərəfli şəkildə dəyişdirilməsinin əleyhinə olduğunu söyləyib. Yəni Ağ Ev sahibi diplomatik dildə demək istəyib ki, Çinin Tayvanı zorla özünə birləşdirilməsinə qarşıdır və Vaşinqton da buna seyrçi qalmayacaq”, - politoloq bildirib.

E.Şahinoğlu vurğulayıb ki, bu, ABŞ Prezidenti ilə Çin lideri arasındakı danışıqlarda irəliləyiş əldə olunmadığını təsdiqləyir:

“Tərəflərin mövqeləri əvvəlkitək fərqlidir. Bu əsrin əvvəllərində iki ölkə arasında iqtisadi əlaqələrdə ciddi problem yox idi. ABŞ 2000-ci ildə Çinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasının yolunu açmış və bunun sayəsində ticarət əlaqələri liberallaşdırılmışdı. Ancaq sonrakı illərdə amerikalı siyasətçilər Çinlə liberal qaydalara əsaslanan ticarət əlaqələrinin ABŞ-a zərər verdiyini etiraf etdilər, bunun Amerikada iş yerlərinin azalmasına, o cümlədən idxal-ixracın Çinin xeyrinə dəyişməsinə səbəb olduğunu bildirdilər. Çinin dövlət tərəfindən idarə olunan iqtisadiyyatının gücləndiyi, Amerikanın əqli mülkiyyətinin oğurlandığı və yerli sənayenin haqsız rəqabət nəticəsində zəiflədiyi iddia edildi.

Brüssel Çinin Rusiyaya dəstək məsələsində Vaşinqtonla həmrəydir. AB strukturlarından yayılan son məlumata görə, Çinin qərbindəki Sincan bölgəsində Rusiya ordusu üçün silahlı pilotsuz təyyarələr istehsalına dair “qənaətbəxş” sübutlar var. Brüssel hesab edir ki, Çinin mərkəzi hökumətinin icazəsi olmadan Rusiya üçün pilotsuz uçuş aparatlarının istehsalı mümkün deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Noyabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri