Icma.az
close
up
RU
Baydenin müşaviri: İqlim dəyişikliyi ilə mübarizə ABŞnin qarşısında öhdəlik olaraq qalır

Baydenin müşaviri: İqlim dəyişikliyi ilə mübarizə ABŞnin qarşısında öhdəlik olaraq qalır

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Donald Trampın rəhbərliyi altında Birləşmiş Ştatların federal hökuməti iqlimlə bağlı tədbirləri arxa plana keçirsə də, iqlim dəyişikliyinin qarşısını almaq üçün iş ABŞ-də öhdəlik olaraq qalır və inamla davam edəcək”.

Bunu ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində mətbuat konfransında deyib:

“Bu axşam hər kəsi düşündürən bir mövzuya, ABŞ-də prezident seçkilərinə toxunmaq istəyirəm. Mən bilirəm ki, bu məyusluğa dözmək çətindir. Çünki üzləşdiyimiz təhlükələr getdikcə daha fəlakətli olur, amma reallıq budur. Birləşmiş Ştatlar demokratik dövlətdir və demokratiyada xalqın iradəsi üstünlük təşkil edir. Administrasiyamız hakimiyyətin dinc və nizamlı keçidini təmin etmək üçün işləyir.

Prezident Bayden keçən həftə dediyi kimi, uğursuzluqlar qaçılmazdır, lakin təslim olmaq bağışlanmazdır. Bu daha təmiz, daha təhlükəsiz planet uğrunda mübarizəmizin sonu deyil. Faktlar hələ də faktdır. Elm hələ də elmdir. Planet uğrunda mübarizə bir ölkədə bir seçkidən daha böyükdür. Çünki biz hamımız dünyanın hər bir ölkəsində iqlim böhranı ilə qarşılaşırıq. İyulun 22-si tarixdə ən isti gün olub. Sürətlə istiləşən planetdə yaşamağın nəticələri təkcə mərcan riflərinin dağılması və buz təbəqələrinin əriməsi deyil, bu problem bizi hər yerdə əhatə edir. İnsanların həyatına dağıdıcı təsir göstərir. Bu payızda Helene və Milton qasırğaları ABŞ-nin cənub-şərqini vurdu, yüzlərlə insanı öldürdü və həftələrlə icmalarda elektrik və suyun verilməsində fasilə yarandı. Afrikanın cənubunda onilliklərin ən pis quraqlığı 20 milyon uşağı qida çatışmazlığı və hətta aclıq təhlükəsi ilə üz-üzə qoyur”.


O deyib ki, böyük şirkətlərin əksəriyyəti emissiyalarını azaltmaq öhdəliyini götürübülər:


“Böyük şirkətlərin əksəriyyəti emissiyanı azaltmağı öhdəlik götürüblər. Həddindən artıq metan hasilatı üçün neft və qaz hasilatçılarından rüsum tələb edən sistem yaratmaqla bağlı qaydalarımızı yekunlaşdırmaq ərəfəsindəyik. Bu, məncə, irəliləyiş əldə etməyimizə təkan verəcək. Bizim Mərkəzi Asiyadan güclü qlobal tərəfdaşlığımız var. Düşünürəm ki, sabah bu haqda Azərbaycan tərəfindən bəzi fikirlər eşidəcəksiniz. Buna görə də hələlik bu haqda çox danışmayacağam”.

O, çıxışı zamanı COP29 ilə əlaqədar nazir Muxtar Babayevin rəhbərlik etdiyi COP29 Azərbaycan komandasının gərgin əməyinə və peşəkarlığına şahidlik etdiyini vurğulayıb.

APA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Noyabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see139

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see124

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see122

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see119

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see117

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see113

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see113

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see113

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri