Icma.az
close
up
RU
Bu, ABŞın qarşısında öhdəlik olaraq qalır Baydenin müşaviri

Bu, ABŞın qarşısında öhdəlik olaraq qalır Baydenin müşaviri

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Donald Trampın rəhbərliyi altında Birləşmiş Ştatların federal hökuməti iqlimlə bağlı tədbirləri arxa plana keçirsə də, iqlim dəyişikliyinin qarşısını almaq üçün iş ABŞ-ds öhdəlik olaraq qalır və inamla davam edəcək”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində mətbuat konfransında deyib:

“Bu axşam hər kəsi düşündürən bir mövzuya, ABŞ-da prezident seçkilərinə toxunmaq istəyirəm. Mən bilirəm ki, bu məyusluğa dözmək çətindir. Çünki üzləşdiyimiz təhlükələr getdikcə daha fəlakətli olur, amma reallıq budur. Birləşmiş Ştatlar demokratik dövlətdir və demokratiyada xalqın iradəsi üstünlük təşkil edir. Administrasiyamız hakimiyyətin dinc və nizamlı keçidini təmin etmək üçün işləyir.

Prezident Bayden keçən həftə dediyi kimi, uğursuzluqlar qaçılmazdır, lakin təslim olmaq bağışlanmazdır. Bu daha təmiz, daha təhlükəsiz planet uğrunda mübarizəmizin sonu deyil. Faktlar hələ də faktdır. Elm hələ də elmdir. Planet uğrunda mübarizə bir ölkədə bir seçkidən daha böyükdür. Çünki biz hamımız dünyanın hər bir ölkəsində iqlim böhranı ilə qarşılaşırıq. İyulun 22-si tarixdə ən isti gün olub. Sürətlə istiləşən planetdə yaşamağın nəticələri təkcə mərcan riflərinin dağılması və buz təbəqələrinin əriməsi deyil, bu problem bizi hər yerdə əhatə edir. İnsanların həyatına dağıdıcı təsir göstərir. Bu payızda Helene və Milton qasırğaları ABŞ-ın cənub-şərqini vurdu, yüzlərlə insanı öldürdü və həftələrlə icmalarda elektrik və suyun verilməsində fasilə yarandı. Afrikanın cənubunda onilliklərin ən pis quraqlığı 20 milyon uşağı qida çatışmazlığı və hətta aclıq təhlükəsi ilə üz-üzə qoyur”.

O deyib ki, böyük şirkətlərin əksəriyyəti emissiyalarını azaltmaq öhdəliyini götürübülər:

“Böyük şirkətlərin əksəriyyəti emissiyanı azaltmağı öhdəlik götürüblər. Həddindən artıq metan hasilatı üçün neft və qaz hasilatçılarından rüsum tələb edən sistem yaratmaqla bağlı qaydalarımızı yekunlaşdırmaq ərəfəsindəyik. Bu, məncə, irəliləyiş əldə etməyimizə təkan verəcək. Bizim Mərkəzi Asiyadan güclü qlobal tərəfdaşlığımız var. Düşünürəm ki, sabah bu haqda Azərbaycan tərəfindən bəzi fikirlər eşidəcəksiniz. Buna görə də hələlik bu haqda çox danışmayacağam”.

O, çıxışı zamanı COP29 ilə əlaqədar nazir Muxtar Babayevin rəhbərlik etdiyi COP29 Azərbaycan komandasının gərgin əməyinə və peşəkarlığına şahidlik etdiyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri