Bayern 70 milyonluq hücumçu ilə maraqlanır: Bütün Avropa nəhəngləri onu izləyir
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bayern" "Sportinq" klubunun hücumçusu Viktor Gyökereşi heyətinə qatmaqda maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Bildirilir ki, Almaniya klubu bu futbolçu ilə bağlı məlumatları öyrənir. Lakin "Sportinq"lə danışıqlar hələ başlamayıb. "Bayern" 26 yaşlı isveçli futbolçunu yaxından izləməyə davam edəcək.
Həmçinin bildirilir ki, son bir neçə həftə ərzində uğurlu çıxışlarına görə demək olar ki, bütün Avropa nəhəngləri Gyökereşlə maraqlanır.
Bu mövsüm 17 matçda meydana çıxan hücumçu 23 qol vurub, həmçinin 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt"a görə, onun bazar dəyəri 70 milyon avrodur.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















