Icma.az
close
up
RU
Bayraktar: “Türkiyə 2035ci ilə qədər...”

Bayraktar: “Türkiyə 2035ci ilə qədər...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Türkiyə 2035-ci ilə qədər üç atom elektrik stansiyasına sahib olmaq istəyir.

“Cebheinfo.az” “Hüriyyet”-ə istinadən xəbəbr verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Ankaranın 2035-ci ilə qədər üç atom elektrik stansiyasına sahib olmağı hədəflədiyini, gələn il planlaşdırılan iki nüvə stansiyası ilə bağlı yekun qərarların veriləcəyini bəyan edib.

Nazir jurnalistlərə bildirib ki, “Akkuyu” atom elektrik stansiyası 2025-ci ildə enerji istehsalına başlayacaq.

“1200 meqavat gücündə olan birinci reaktordan elektrik enerjisi istehsalı ölkə istehlakının 2,5 faizini ödəyəcək”.

Onun sözlərinə görə, 4800 meqavat olacaq “Akkuyu” atom elektrik stansiyası tam fəaliyyətə başlayandan sonra ölkənin enerji istehlakının 10 faizini təmin edəcək:

““Akkuyu”dan əldə edilən elektrik enerjisi 7-7,5 milyard kubmetr təbii qaz idxalının qarşısını alacaq. Bu, 3 milyard dolların qənaət olunması deməkdir”.

Türkiyənin Qara dənizin Sinop vilayətində və Trakya bölgəsində daha iki böyük atom elektrik stansiyasının tikiləcəyini deyən Alparslan Bayraktar, Türkiyənin 2035-ci ilə qədər 7200 meqavat nüvə enerjisinə sahib olmağı hədəflədiyini bildirib:

“Gəlin il iki AES-in tikintisi ilə bağlı hansı ölkə ilə danışıqlar aparacağımızı, hansı texnologiya ilə təchiz edəcəyimiz barədə qərar verəcəyik”.

Bayraktar həmçinin bildirib ki, Türkiyə digər ölkələrdən enerji layihələrdə əməkdaşlıq təklifləri alır:

“Bu təkliflər Somalidəki layihələr, Qara dənizdə təbii qaz yataqlarının kəşf edilməsi və bir sıra layihələr ilə bağlıdır”. 

Nazir vurğulayıb ki, Qara dənizdə Sakarya yatağında təbii qaz hasilatı gücü 6,7 milyon kubmetrdən 7 milyon kubmetrə yüksəlib və gələn ilin birinci rübündə hasilat 9 milyon kubmetri keçəcək.

Bununla yanaşı, Bayraktar Türkiyədə 2024-cü ildə günəş və külək enerjisi gücünün 6000 meqavata çatdığını da diqqətə çatdırıb:

“Bu ilki 6000 meqavat təxminən 2,1 milyard kubmetr təbii qaza qənaət edəcək ki, bu da təxminən 800 milyon dollardan 1 milyard dollara qədər idxal deməkdir”.

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri