Bayram günlərində 93 minə yaxın sərnişinə xidmət göstərilib
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bu barədə XQ-yə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
6-10 noyabr tarixlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1280 reys həyata keçirilib, 37707 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 220-dən çox reys həyata keçirilib.
Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 4535 reyslə 55197 sərnişin daşınıb.
Biletlər avtovağzalların kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 50%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başına çatdırılması təmin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 11 Noyabr 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















