Icma.az
close
up
RU
Ali Qanun hüquqi dövlət, azad cəmiyyət və milli birliyin təməli

Ali Qanun hüquqi dövlət, azad cəmiyyət və milli birliyin təməli

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Konstitusiya dövlətin təməli, vətəndaşın hüquq və azadlıqlarının göstəricisi, yolgöstərəni, hüquqi dövlət quruculuğunun əsas istiqamətvericisidir. Konstitusiya eyni zamanda vətəndaşın istinad nöqtəsi, öz hüquq və azadlıqlarını tanımasının, müdafiə etməsinin və qanun qarşısında məsuliyyətini dərk etməsinin hüquqi təminatıdır. Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən ölkəmiz bir müddət Konstitusiyasını qəbul edə bilməmiş, bu istiqamətdə zəruri və ardıcıl fəaliyyət həyata keçirilməmişdi. Xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ilk növbədə dövlət müstəqilliyimizin qorunmasını və möhkəmləndirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin edən Ulu öndər qısa zaman ərzində dövlət quruculuğunun hüquqi əsaslarının formalaşdırılması istiqamətində ardıcıl və təqdirəlayiq addımlar atdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiyanın qəbul edilməməsi, Sovet İttifaqı dönəmində isə Azərbaycan SSR-in Konstitusiyasının imperiyanın siyasi maraqları çərçivəsində formalaşdırılması milli dövlətçilik tariximizin mürəkkəb səhifələrindəndir. Belə bir siyasi şəraitdə milli düşüncəsi, xalqına və Vətəninə bağlılığı ilə seçilən Heydər Əliyev böyük çətinliklərə və ciddi təzyiqlərə baxmayaraq, 1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR-in sonuncu Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunun təsbit edilməsinə nail oldu. Bu addım onun milli dəyərlərə sədaqətinin, dövlətçilik düşüncəsinin və xalqının gələcəyinə bağlılığının tarixi ifadəsi kimi yaddaşlarda yaşayır. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, müstəqillik illərində də Ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması prosesi başlandı, layihə geniş ictimai müzakirəyə çıxarıldı. Nəhayət, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda seçicilərin mütləq əksəriyyətinin səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.
Dövlətimizin Əsas Qanunu həmin il noyabrın 27-də qüvvəyə mindi. Bu sənəd hər bir vətəndaşın hüquq və azadlıqlarının hüquqi təminatını müəyyənləşdirməklə yanaşı, dövlət qarşısında vəzifələrini, cəmiyyət və hakimiyyət arasındakı münasibətlərin əsaslarını da müəyyən etdi. Ulu öndər Heydər Əliyevin müvafiq fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan olundu. Konstitusiyamızın qəbulu ilə dövlətçilik tariximizdə yeni bir səhifə açıldı. Hüquq, bərabərlik, ədalət və azadlıq prinsiplərini özündə ehtiva edən bu ali sənəd hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasının, qanunun aliliyinin təmin edilməsinin, dövlətlə cəmiyyət arasında hüquqi münasibətlərin tənzimlənməsinin əsasını qoydu.
Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ümumxalq səsverməsi yolu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun əsasını təşkil edərək demokratik inkişafın, qanunun aliliyinin, vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edir. Konstitusiyamız hər birimizin fəaliyyətində əsas istinad nöqtəsi, dövlətimiz və xalqımız üçün müqəddəs dəyərdir. Biz öz Konstitusiyamıza and içir, onun prinsiplərinə sədaqətimizi dövlətimizə və xalqımıza xidmətimizin ali vəzifəsi hesab edirik. Ona görə də Konstitusiyamız dövlətçiliyimizin əsas sütunu, suverenliyimizin və müstəqilliyimizin rəmzi, dövlətçilik tariximizin müqəddəs simvoludur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri