Bayram tətili günlərində bölgələrdə QİYMƏTLƏR hansı aralıqdadır? VİDEO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bayram tətili ilə əlaqədar İsmayıllı rayonuna gələn turist və qonaqların sayında artım müşahidə olunur.
Rayonda fəaliyyət göstərən istirahət mərkəzlərinə əvvəlki illərə nisbətən bu il gələnlər daha çoxdur. Rayonun iqlimi və təbiəti istirahət üçün əlverişlidir.
Gələnlərin əksəriyyəti ailəvi istirahət edənlərdir. Bayramla əlaqədar daimi müştərilərə güzəştlər də tətbiq olunub.
Zəfər bayramı günlərində Lənkəranda bir çox istrahət mərkəzlərində bütün yerlər 10 gün öncədən bron edilb. İstirahət mərkəzlərinə ən çox paytaxtdan üz tuturlar.
Bayram günlərində Lənkərana gələcək turistlərin müəyyən bir qismi gündəlik verilən fərdi evlərdə də qalmağa üstünlük verdiyindən, gündəlik kirayə evlər də qabaqcadan bron edilib.
Bayram ərəfəsində Lənkəranda fəaliyyət göstərən digər istirahət mərkəzlərində bir nəfər üçün günlük qiymət 70-80 manatdan 150 manata qədər dəyişir.
Milli.Az Xəzər TV-də yayımlanan süjeti təqdim edir:
Milli.Az
Baxış sayı:75
Bu xəbər 09 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















