Icma.az
close
up
RU
Bayramda qidalanmada nələrə diqqət edək?

Bayramda qidalanmada nələrə diqqət edək?

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni ilə sağlam başlamağın bir yolu da bayram süfrəsindən keçir. Bayram süfrələrini paytaxt salatı, plov, şirniyyatlar olmadan təsəvvür etmək çətindir. İlk baxışdan gözəl və zəngin görünsə də, süfrəyə düzülən cürbəcür nemətlər nəfsi və iradəni qarşı-qarşıya qoyur. Lakin nəzərə almaq lazımdır ki, həmin qidaların əksəriyyəti orqanizmə ciddi ziyan vurur.

“Qafqazinfo” xəbər verir ki, bişmiş yeməklərin yaxşı həzm edilməsi məqsədilə daha çox təzə tərəvəzlərdən hazırlanmış salatlara üstünlük verilməsi məsləhətdir.

Adətən, bayram süfrələrində daha çox qızardılmış yeməklər üstünlük təşkil edir. Əslində sobada bişirilmiş ət, toyuq, hind quşu və balıq məhsullarının yeyilməsi daha yaxşı olar. Yemək və salatların hazırlanmasında mayonezlərdən çox istifadə olunur. Süfrədə ev şəraitində hazırlanmış mayonezlərdən istifadə və ya onun qatıqdan hazırlanmış sous, xama, kefirlə əvəz edilməsi daha yaxşı olardı.

Bayram günü yol verilən səhvlərdən biri də səhərdən axşamadək ac qalıb bayram süfrəsini gözləməkdir. Qida mütəxəssislərinin fikrincə, bunun üçün xüsusi rejim tətbiq olunmalı, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul edilməlidir.

Bayram günlərində, ilk növbədə, qidalanmanın optimal rejiminə əməl etmək lazımdır. Yəni, gün ərzində 2-3 saatdan müəyyən miqdarda qida qəbul edilməsi həm toxluq hissini təmin edir, həm də həddindən artıq çox qidalanmanın qarşısını alır. Digər məsələ isə balanslaşdırılmış qidalanmadır, yəni yemək və digər qidaları qarışdırmağa yol verilməməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Dekabr 2025 04:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri