Icma.az
close
up
RU
Bayramov Venesuelanın nümayəndə heyəti ilə görüşdü FOTOLAR

Bayramov Venesuelanın nümayəndə heyəti ilə görüşdü FOTOLAR

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar xarici işlər üzrə xalq hakimiyyəti nazirinin müavini Tatiana Puq Moreno ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan və Venesuela arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadi-ticarət, energetika, turizm, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

İki ölkə arasında intensiv siyasi dialoqun mövcudluğu, habelə müxtəlif səfərlər və beynəlxalq tədbirlər çərçivəsində aparılan təmasların məmnunluq doğurduğunu qeyd edən C. Bayramov, bu kimi müzakirələrin müxtəlif sahələr üzrə konkret planların müəyyən olunması baxımından əhəmiyyətini qeyd edib.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığımızın məmnunluq doğurduğu, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

2025-ci ildə Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı, bu istiqamətdə birgə təşəbbüs və tədbirlərin həyata keçirilməsi imkanlarının nəzərdən keçirilməsinin faydalı olacağı diqqətə çatdırılıb.

Tatiana Puq Moreno Azərbaycanı ötən ay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi, sözügedən tədbirin yüksək səviyyədə təşkili münasibətilə təbrik edib, COP29-un yekunlarının iqlim dəyişikliyi ilə mübarizə səylərinə mühüm töhfələrdən biri olduğunu qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Tatiana Puq Morenonun ölkəmizə səfəri çərçivəsində, həmçinin Azərbaycan və Venesuela Bolivar Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 2-ci raundu keçirilib.

Məsləhətləşmələr zamanı Azərbaycan nümayəndə heyətinə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfin nümayəndə heyətinə isə Venesuela Bolivar xarici işlər üzrə xalq hakimiyyəti nazirinin müavini Tatiana Puq Moreno rəhbərlik edib.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində gələcək planlar, birgə təşəbbüslər, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri