Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bayraq Meydanının məşhurlaşdırdığı almaniyalı ustalar FOTOLAR

Bayraq Meydanının məşhurlaşdırdığı almaniyalı ustalar FOTOLAR

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bayraq Meydanındakı Azərbaycan gerbini hazırlayan usta haqqında Almaniya mətbuatında maraqlı məqalə dərc olunub.
Bakupost.az xəbər verir ki, məqalədə gerbi hazırlayan Maks Vinklerin Şərqi Avropada, daha dəqiq desək, Azərbaycanda həyata keçirdiyi iri layihədən sonra məşhurlaşdığı bildirilir.
2024-cü ilin yayında aldığı sifariş – Bakıda Bayraq Meydanındakı bəzəklərin – postamentin dörd tərəfini əhatə edən elementlərin bərpası Vinklerin karyerası ərzindəki ən böyük layihəsi olub. Ustanın sözlərinə görə, onlar zamanla köhnəlmişdi və bu, qeyri-adi hal deyil. Belə işlərin orta davamlılıq müddəti təxminən altı il olur.
Vinklerin sözlərinə görə, Azərbaycanın milli abidəsi ilə bağlı işi çətinləşdirən amil onun birbaşa Xəzər dənizi sahilində yerləşməsi olub. Abidə dənizdən küləyin gətirdiyi duzlu suyun və yağışın güclü təsirinə məruz qalır.
Məhz buna görə də bərpa zamanı adətən istifadə olunandan təxminən üç dəfə qalın qızıl təbəqə tətbiq edilib.

Vinkler deyir ki, ümumilikdə 50 min qızıl lövhəciyin istifadə olunduğu bu iri layihə, son 30 ildə dünyada həyata keçirilmiş ən böyük qızıl üzləmə layihələrindən biri olub. Dövlət sifarişçisi Bakıda köhnə texnikanı hələ də mükəmməl bilən və vaxt baxımından çevik işləyən mütəxəssis axtarırmış və bu səbəbdən Vinklerə müraciət edilib. Layihə üçün lazım olan ikinci mütəxəssisi isə Vinkler özü tapıb. Bu, Almaniyanın Melle şəhərindən olan qızıl üzləmə ustası Karolina Meşter idi.

Bayraq dirəyinin postamentini Azərbaycanın xəritəsi, Bakının konturu, Azərbaycanın Dövlət Himninin hərfləri və notları, eləcə də iri ölçülü Dövlət Gerbi bəzəyir. İşə başlamazdan əvvəl yarım il hazırlıq aparılıb, ardınca iki ay ərzində – həftənin yeddi günü, gündə 13-14 saat olmaqla intensiv iş görülüb. Bakıda Vinkler və Meşter yerli memeralıq universitetinin tələbələri ilə birlikdə çalışıblar. Vaxtın dar olduğu anlarda yenidən qızıl üzləmə prosesinə eyni vaxtda 15 nəfərə qədər tələbə cəlb olunub.

Qızıl üzləmə sənəti 2016-cı ildən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxildir. Məhz həmin dövrdə Maks Vinkler atasının peşə yolunu davam etdirərək müstəqil fəaliyyətə başlayıb. O, qızıl üzləmə üzrə təhsilini Berlində alıb, ustalıq işini isə 2013-cü ildə Münhendə hazırlayıb.
Hazırda 35 yaşlı usta minilliklərdir dəyişməz qalan texnika ilə irili-xırdalı hər şeyi qızıl təbəqə ilə üzləyir.

Xəzər dənizi sahilində yerləşən keçmiş sovet respublikasına səfər Vinkler üçün yalnız peşəkar deyil, şəxsi baxımdan da dəyərli olub. O, ölkədə böyük səmimiyyət gördüyünü və çoxlu dost qazandığını deyir. Usta hesab edir ki, bu əlaqələr davam edəcək. Çünki bayraq dirəyinin postamentindəki yenilənmiş qızıl relyefin açılışı ilə iş yekunlaşmır. Növbəti beş il ərzində o və həmkarı Meşter həmin elementlərin baxımı və qorunmasına da cavabdeh olacaqlar.

Bundan əlavə, 35 yaşlı usta Azərbaycanda seminarlar keçirməyi planlaşdırır. Bu məqsədlə hazırda Azərbaycan dilini intensiv şəkildə öyrənir. Onun sözlərinə görə, dil türk dilinə çox bənzəsə də, özünəməxsus hərfləri var. “Artıq bu hərfləri yaxşı tanıyıram, axı onları öz əllərimlə işləmışəm”, – Vinkler gülümsəyərək deyib.
Cavid, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri