Azər Məmmədov: “Qarabağ”la oyunu da üç xal kimi görürəm”
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Kəpəz"in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdiləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyət haqda bunu deyib:
"Əvvəlcə xalqımızı qarşıdan gələn Zəfər bayramı ilə münasibətilə təbrik edirəm. Şəhidlərimə rəhmət, qazilərimizə can sağlığı arzu edirəm.
Oyuna gəldikdə, bilirdik ki, çempionatımızın liderlərindən biri olan "Neftçi"yə qarşı oynayırıq. Bütün oyunçularıma təşəkkür edirəm. "Neftçi"nin cinah hücumları daha aktiv idi. Biz də buna uyğun taktiki əvəzetmələr etdik.
"Qarabağ"la oyunu da komandam üçün üç xal olaraq görürəm. Kimlə oynayırıqsa, bunun heç bir fərqi yoxdur. Burada qələbə qazanmaq da var, məğlub olmaq da var. Lakin biz bu oyuna qələbə üçün çıxacağıq.
Millimizə də uğurlar arzu edirəm. Bu ərəfədə daha çox çalışmalıyıq. Gəncəli futbolçunun milliyə çağırılması üçün dəyişiklər lazımdır, struktur lazımdır. Əks təqdirdə bu çətin olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 06 Noyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















