Icma.az
close
up
RU
Bazarda kilosu 75 80 manata satılan təhlükə Reportaj, FOTOLAR

Bazarda kilosu 75 80 manata satılan təhlükə Reportaj, FOTOLAR

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprel ayının əvvəlindən etibarən bazarlarda mövsümü olmayan meyvələrin satışa çıxarılması diqqət çəkir. Adətən bu cür meyvələr aprelin sonu, may ayının əvvəllərində satışa təqdim olunsa da, bu il onların daha tez bazara çıxarılması müşahidə olunur. Söhbət əsasən çiyələk və alçadan gedir.

Musavat.com olaraq "8-ci kilometr" bazarında satışa çıxarılan bu meyvələrin qiyməti ilə maraqlandıq.

Məlum oldu ki, alçanın 5-6 ədədi 6-7 manata təklif olunur, kilosu isə 75-80 manat arasında dəyişir. Çiyələyin qiyməti isə 4-5 manatdan başlayır. Hətta bəzi satıcılarda bu meyvənin 3 manat 50 qəpiyə satıldığı da müşahidə olunur.

Satıcılarla söhbət zamanı bildirildi ki, ötən illə müqayisədə bu il alıcıların marağı daha çoxdur, xüsusilə də çiyələyə tələbat yüksəkdir:

“Alan var, gün ərzində demək olar ki, məhsullarımızı tam sata bilirik. Qiymət uyğun olduğu üçün istəyənlər almağa çalışır”.

Qeyd etdiyimiz kimi, müşahidə etdiyimiz alçanın kilosunun ən aşağı qiyməti 75 manatdan başlayır. Baxmayaraq ki, qiymətlər kifayət qədər "od qiymətinə"dir, yenə də qramla alanlar və qiymətlə maraqlananlar az deyil.

Alıcılar isə bildirirlər ki, əsasən uşaqların istəyi ilə bu meyvələri almağa məcbur qalırlar:

“Uşaq görür, istəyir, məcbur olub alırıq. Amma çalışırıq az alaq. Çünki hamısının parnikdə yetişdirildiyini bilirik”.

Mütəxəssislər isə mövsümündən əvvəl bazara çıxarılan bu cür meyvələrin sağlamlıq baxımından risk daşıya biləcəyini qeyd edir və vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edirlər.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb. Mütəxəssis qeyd edib ki, xüsusən mövsümü olmayan çiyələk təhlükəlidir:

"7 il öncə cənub zonasında bir çiyələk plantasiyasına getmişdim. Orada çiyələk yetişdirilməsi üçün ayrıca saxlanılan, onun tez böyüməsini təmin etmək, zərərvericilərdən qorumaq və daha yaxşı görünüş əldə etmək məqsədilə istifadə olunan 36 növ kimyəvi preparat gördüm. Əlbəttə ki, bu kimyəvi dərmanların içərisində insan orqanizmi üçün zərərli olan pestisidlər də az deyildi. Yəni zərərvericilərə qarşı mübarizə üçün istifadə olunan kimyəvi vasitələrdən söhbət gedir.

Bir sözlə, çiyələk növləri elə dəyişib ki, artıq bu dərmanların təsiri altında böyüyürlər. Meyvəni kəsəndə içində tum olmur və ümumiyyətlə, çiyələyi bıçaqla kəsmək belə qəribə görünür. Biz isə görürük ki, bu cür çiyələklər artıq neçə ildir Azərbaycanda satılır.

Bizdə olan məlumatlara görə, çiyələyin bu növləri İsraildən gətirilir və Azərbaycanda yetişdirilir. Məlumdur ki, İsraildə genetik modifikasiya olunmuş bitkiçilik geniş yayılıb. Azad İstehlakçılar Birliyi də güman edir ki, bu məhsullar həmin növ çiyələklərdəndir. Lakin bunun dəqiq təsdiqi üçün laborator analizlər aparılmalıdır.

Eləcə də digər kənd təsərrüfatı məhsulları ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi malların təhlükəsizliyinə təminat verir və onları yoxlayır. Yaxşı haldır ki, satışdan öncə məhsullar mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir. Lakin bu yoxlamaların nə dərəcədə şəffaf olduğu barədə tam məlumat yoxdur. İllər əvvəl bu sahədə laboratoriya imkanları zəif idi, son illərdə isə yeni laboratoriyalar yaradılır və bu, müsbət hal kimi qiymətləndirilməlidir.

Beləliklə, qeyd etdiyim kimi, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində kimyəvi preparatlardan istifadə olunur. Əlbəttə ki, bu preparatların istifadəsi üçün müəyyən normativlər mövcuddur və Qida Təhlükəsizliyi Agentliyi həmin normalara nəzarət edir.

Lakin burada bir vacib məqam var: biz heç bir ədəbiyyatda tapa bilmirik ki, konkret olaraq bu normanın keçməməsi üçün həmin meyvədən nə qədər yemək olar. Məsələn, hər kiloqramda müəyyən milliqram norma ola bilər, amma heç bir mənbədə göstərilmir ki, insan bu meyvədən nə qədər yedikdə o norma keçilir və zəhərlənmə riski yaranır. Təəssüf ki, bu barədə aydın məlumat yoxdur.

Ona görə də Azərbaycanda yetişdirilən və ya idxal olunan tərəvəz və meyvələri istehlak edərkən mümkün qədər ehtiyatlı olmaq tövsiyə olunur. Xüsusilə istixanalarda yetişdirilən meyvə və tərəvəzlər ilboyu müəyyən kimyəvi təsirlərə məruz qala bilər. Bu, təkcə istixana məhsullarına deyil, mövsümi açıq sahə məhsullarına da aiddir.

Bir sözlə, mümkün qədər balanslı və ölçülü istehlak etmək vacibdir. Əgər şübhəli bir hal müşahidə olunarsa, 1003 qaynar xəttinə zəng edərək Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermək tövsiyə olunur". /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Aprel 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri