Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Bazarda son vəziyyət Bu maşınlar kəskin bahalaşdı

Bazarda son vəziyyət Bu maşınlar kəskin bahalaşdı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Badamdar qəsəbəsində yerləşən paytaxtın ən böyük avtomobil satış mərkəzində alıcı seyrəkliyi diqqət çəkir. Səhər saatlarından etibarən əraziyə üz tutan müxbirimiz satışda olan nəqliyyat vasitələrinin mövcud vəziyyətini yerindəcə araşdırıb. Satıcılar müştəri azlığından və qiymətlərin bahalaşmasından gileylənirlər. Alıcılar isə ciblərinə uyğun maşın tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Bazarda həm yerli avtosalonların təklif etdiyi yeni modellər həm də ikinci əl maşınlar sərgilənir. Cari ildə ekoloji təmiz və az mühərrikli nəqliyyat vasitələrinə tələbatın artması müşahidə olunur.
Demokrat.az xəbər verir ki, bazarda ən çox müzakirə edilən məsələ idxal rüsumları və kredit şərtləridir. Son dövrlər gömrük rüsumlarının artması və bankların ilkin ödəniş tələblərini sərtləşdirməsi alıcılıq qabiliyyətinə ciddi təsir göstərib. İkinci əl avtomobil bazarında daha çox 1.5 və 2.0 litrlik mühərrikə malik modellər üstünlük təşkil edir. Süni intellekt və hibrid texnologiyalı Çin istehsalı olan nəqliyyat vasitələrinin də sayı nəzərəçarpacaq dərəcədə artıb. Köhnə illərin istehsalı olan iri mühərrikli maşınlar isə küncdə qalıb. Yanacaq xərclərinin artması insanları qənaətcil modellərə yönəldir. Bu səbəbdən hibrid və tam elektrikli modellərin qiymətində artım qeydə alınır.
Uzun illərdir burada maşın alqı-satqısı ilə məşğul olan Vaqif Əliyev alıcıların artıq ekonom seçimlərə üstünlük verdiyini deyib.
"Baha maşına heç kim yaxın durmur. Rüsumlar artandan sonra gətirilən maşınların maya dəyəri çox yüksəldi. Bazarda adam çoxdur amma hamı sadəcə qiymətlərlə maraqlanır. Real alıcı tapmaq müşkülə çevrilib. Əvvəlki illərdə gün ərzində bir neçə maşın satmaq olurdu. İndi isə həftələrlə gözləyirik ki bir nəfər gəlib real təklif irəli sürsün. Əhalinin üstünlük verdiyi qiymət aralığı 15-25 min manat civarındadır. Bu qiymətə də keyfiyyətli və yeni maşın tapmaq çətindir. İkinci əl Koreya və Yaponiya istehsalı olan maşınların qiyməti kəllə-çarxa qalxıb".
Mərkəzdə fəaliyyət göstərən rəsmi və qeyri-rəsmi avtosalonlarda da vəziyyət fərqli deyil. Yeni gətirilən 2025 və 2026-cı il istehsalı olan populyar modellərin qiymətləri kifayət qədər yüksəkdir. Məsələn yeni nəsil Toyota Camry modellərinin qiyməti daxili bazarda 61 min manatdan başlayaraq 78 min manata qədər yüksəlir. Eyni markanın populyar krossoveri olan Toyota RAV4 modeli üçün isə satıcılar 48 min manatdan 77 min manata qədər vəsait tələb edirlər.

Alman avtomobillərinin satıldığı sektorda isə BMW f seriyası modellərinə maraq hələ də yüksəkdir. Xüsusilə gənclər tərəfindən çox axtarılan BMW F30 və F10 modellərinin qiyməti buraxılış ili və yürüşünə görə fərqlənir. Hazırda bazarda yaxşı vəziyyətdə olan ikinci əl F30 modellərinin qiyməti 26 min manatdan başlayaraq 38 min manata qədər dəyişir. Satıcılar bu avtomobillərin ehtiyat hissələrinin asanlıqla tapılmasını əsas üstünlük kimi qeyd edirlər. Lakin texniki xidmət xərclərinin yüksək olması bəzi alıcıları mühərrik növü seçərkən daha ehtiyatlı davranmağa sövq edir. Digər tərəfdən F10 modellərinin də rəng və komplektasiyasından asılı olaraq qiymətləri kifayət qədər yüksək səviyyədə qorunub saxlanılır.
İkinci əl maşınların satıldığı hissədə Hyundai Elantra və Kia Cerato modelləri də böyük diqqət çəkir. Paytaxt yollarında taksi fəaliyyəti və gündəlik idarəetmə üçün ən çox tələb olunan bu avtomobillərin qiyməti ili və texniki vəziyyətinə görə dəyişir. Hazırda bazarda işlənmiş Hyundai Elantra modellərinin qiyməti 17 min manatdan başlayaraq 25 min manata qədər yüksəlir. Oxşar texniki göstəricilərə malik Kia Cerato modelləri üçün isə satıcılar 14 min manatdan 22 min manata qədər vəsait tələb edirlər. Alıcılar bu modelləri əsasən yanacaq sərfiyyatının az olması və ehtiyat hissələrinin ucuzluğuna görə seçirlər. Satıcılar isə son aylarda idxal xərclərinin artması səbəbindən bu seqmentdə də qiymətlərin sabit qalmadığını bildirirlər.
Çin brendlərindən olan Jetour T2 modelinin qiyməti 57 min manat ətrafında dəyişir. Digər tərəfdən gənc nəslin maraq göstərdiyi Changan və Kia Sportage modelləri də 30-40 min manat aralığında satışa çıxarılıb. Nəğd pulu olmayanlar üçün yeganə çıxış yolu daxili lizinq və ya ağır bank kreditləridir.
Bazarda lizinq şərtləri ilə maşın axtaran alıcı Elşən Məmmədov çətinliklərlə üzləşdiyini vurğulayıb.

"Kredit şərtləri çox ağırdır. Bəzi maşınlar üçün nəğd qiymət 25 min manat təyin olunub. İlkin ödəniş olaraq 6500 manat tələb edirlər. Lakin qalan məbləği lizinqlə hesablayanda aylıq ödəniş 24 ay ərzində 900 manata başa gəlir. Bu isə ümumi məbləğin üzərinə böyük faizlərin gəlməsi deməkdir. Təqdim olunan şərtlər orta aylıq gəliri olan şəxslər üçün əlçatan deyil. Avtomobillərin çoxunun üzərində taksi buraxılışı üçün uyğundur qeydi var. Lakin bu şərtlərlə maşın götürüb taksi fəaliyyəti ilə pul qazanmaq demək olar ki qeyri-mümkündür. Qazanılan pul ancaq lizinq şirkətinin faizlərinə gedəcək"
İşlənmiş avtomobillərin satıldığı hissədə isə nisbətən ucuz modellər diqqət çəkir. Köhnə model avropa maşınları ucuz olsa da ehtiyat hissələrinin bahalığı alıcıları qorxudur. Xüsusilə dizel mühərrikli nəqliyyat vasitələrinə qarşı son qadağalar və rüsum təhdidləri bu seqmentə marağı azaldıb. Satıcılar əllərində qalan köhnə avtomobilləri ziyanına da olsa satmaq istədiklərini gizlətmirlər. Lakin alıcılar gələcək xərcləri düşünərək seçim etməkdə tərəddüd edirlər. Gömrük rəsmiləşdirilməsi xərclərinin yüksək olması ölkəyə yeni işlənmiş maşınların gətirilməsini də məhdudlaşdırıb. Bu səbəbdən daxili bazarda mövcud olan maşınların qiyməti süni şəkildə qorunub saxlanılır.
Avtomobil ekspertləri mövcud durğunluğun hələ bir müddət davam edəcəyini proqnozlaşdırırlar. Çünki qlobal bazarda dollar və avronun məzənnəsindəki dalğalanmalar birbaşa yerli bazara təsir göstərir. Eyni zamanda ekoloji standartların sərtləşdirilməsi köhnə avtomobil sahiblərini çətin vəziyyətə salır. Yaxın gələcəkdə daxili bazarda yalnız hibrid və elektromobillərin dominantlıq edəcəyi gözlənilir. Badamdar maşın bazarındakı mənzərə göstərir ki artıq köhnə üsullarla avtomobil satışı dövrü geridə qalır. İnsanlar indi yalnız qiymətə deyil həm də maşının gələcək istismar xərclərinə xüsusi diqqət yetirirlər.
İslam
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyun 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri