Icma.az
close
up
RU
Bazarlara vergi nəzarəti gücləndirilir: Vergidən yayınmanın qarşısını necə almaq olar?

Bazarlara vergi nəzarəti gücləndirilir: Vergidən yayınmanın qarşısını necə almaq olar?

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Dövlət Vergi Xidmətinin məlumatına görə, oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndiriləcək. Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq.

Bazarlarda uçotsuz fəaliyyətin iqtisadiyyat üçün mənfi tərəfləri nədir və yeni dəyişikliklərdən gözləntilər nədir? Yeni qanunlar gözləntiləri doğrulda biləcəkmi?

Sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Onun sözlərinə görə, icarədarların icarəyə götürdükləri obyektlərin vergi orqanlarında qeydiyyatdan keçməməsi vergidən yayınmaq üçün çox münbit bir şəraitin mövcud olması deməkdir:

"Düşünürəm ki, belə qaydaların indiyə qədər tətbiq edilməməsi illər uzunu bir çox vergi ödəməli olan hüquqi və ya fiziki şəxslərin vergidən yayınmasına şərait yaradıb. Nəhayət, nə qədər gec də olsa, bu qaydalar bu ilin oktyabr ayının 1-dən tətbiq ediləcək”.

Müsahibimiz qeyd edib ki, vergidən yayınmanın qarşısını almaq istiqamətində vergi orqanlarının aidiyyatı qurumlarla birlikdə atmalı olacağı mühüm addımlardan biri də ticarət mərkəzlərində post-terminalların tətbiq edilməsidir:

“Düzdür, son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Lakin böyük ticarət mərkəzlərində, xüsusilə “Sədərək” ticarət mərkəzi kimi yerlərdə minlərlə ticarət nöqtələrində alış-veriş nağd qaydada aparılır. Bu qayda da özlüyündə vergidən yayınmanın bir mənbəyidir".

Fikrət Yusifov: İri ticarət nöqtələrində nağd alış-veriş vergidən yayınmanın bir mənbəyidir

F.Yusifov hesab edir ki, vergidən yayınmanın qarşısını almaq üçün bütün ticarət obyektlərində post-terminalların tətbiqinə keçilməlidir.

"Vergidən yayınma sahəsində digər bir problem də alış-veriş zamanı alıcı ilə satıcının sövdələşərək ödənişin "kartdan-karta" formasında həyata keçirilməsidir. Vergi orqanları bu yaxınlarda həmin vəziyyətin tənzimlənməsi üçün sərtləşdirici tədbirlər tətbiq etməyə start versələr də hələ ki, biz bazar və mağazalarda bu hallara rast gələ bilirik", - deyə Fikrət Yusifov əlavə edib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri