Nağdsız əməliyyatlar vergidən yayınmanın qarşısını alır İqtisadçı
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb. Plastik kartlardan istifadənin genişlənməsi nağdsız ödənişlərin artmasına rəvac verir. Nağdsız ödənişlər kölgə iqtisadiyyatının aradan qaldırılmasında müstəsna rol oynayır. Bu səbəbdən də nəğdsiz əməliyyatların artmasında fayda var”.
Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, iqtisadiyyatın liberallaşmasında önəmli rola malik olan nağdsız ödənişlər vergidən yayınmanın qarşısını alır:
“Kredit kartlarının genişlənməsi, şərtlərin uyğunluğu və güzəştlər ondan istifadə edənlərin sayını artırır. Eyni zamanda kredit kartları ilə ödənişlərdən sonra ödənişin müəyyən faizinin kəşbek olaraq karta geri qayıtması da əhalinin nağdsız ödənişlərə marağını artırır. Qeyd edim ki, nağdsız ödənişlər vergidən yayınmanın qarşısını alır. Ona görə də əhali arasında nəğdsiz ödənişlərin üstünlükləri ilə bağlı təbliğat aparılmalıdır ki, onlar bank kartlarından daha çox istifadə etsinlər”.
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 01 Oktyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















