Icma.az
close
up
RU
BBC Donald Trampla razılığa gələcəkmi?

BBC Donald Trampla razılığa gələcəkmi?

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

BBC şirkəti ilə ABŞ Prezidenti Donald Tramp arasında yaranmış mübahisə pik həddə çatıb. İnsidentin səbəbi BBC-nin “Panorama” proqramında Trampın 6 yanvar 2021-ci il çıxışının montaj edilərək, kontekstdən çıxarılması və yayımlamasıdır. Orada Trampın çıxışından 12 saniyəlik fraqment istifadə olunub.

Nitqin kontekstdən çıxarılaraq təhrif edilməsini BBC “redaktə xətası” kimi qələmə verir. ABŞ prezidenti isə BBC-nin “xətasını” qərəzli şəkildə quraşdırılmış dezinformasiya hesab edir. Qeyd edir ki, sənədli film prezident seçkilərdən bir həftə əvvəl yayımlanıb və onun seçki şanslarını zəiflətmək məqsədi daşıyıb. Donald Tramp BBC-yə qarşı 5 milyard dollarlıq böhtan iddiası ilə Florida məhkəməsinə müraciət edib.

BBC məhkəmədə müdafiə olunmaq istəyir. Amma tərəddüdləri mövcuddur. Şirkətin saytında dərc edilən, Keti Razzallın müəllifliyi ilə yayımlanan “BBC Donald Trampın böhtan iddiasına qarşı çıxacağını bəyan edir, amma bu mübarizəyə hazırdırmı?” başlıqlı məqalədə tərəddüdün səbəbləri açıqlanır. Müəllif qeyd edir ki, məhkəmədə müdafiə prosesi 10 milyonlarla dollar xərc tələb edir. BBC rəhbərliyi bu həcmdə vəsaitin məhkəmədə müdafiəyə xərclənməsini öz büdcəsi üçün risk hesab edir. Digər tərəfdən, qarşıdakı 2 il şirkət üçün çox önəmli dövrə təsadüf edir. BBC Nizamnaməsi üzrə hökumətlə aparılan danışıqları 2027-ci ildə yekunlaşdırmalıdır. Şirkət rəhbərliyi hesab edir ki, indiki vaxtda məhkəmələrə cəlb olunması onların “diqqətini bu vacib danışıqlardan yayındıra bilər”.

Məhkəmədən yayınmaq da çıxış yolu deyil. Mübarizədən geri çəkilmək BBC-nin “jurnalist peşəkarlığı”na, müstəqilliyinə zərbə olacaq. Bütün dünyada nüfuzunu zədələyəcək. Bu durum BBC üçün ölümcül haldır. Çünki ötən yüz il ərzində BBC-nin peşəkar, obyektiv, qərəzsiz, nüfuzlu media şirkəti olduğu barədə çoxlu sayda şüarlar, aforizm və idiomlar yaradılıb. Məsələn, deyirlər ki, “Hadisə baş verib, BBC yazıbsa, deməli, hadisə doğrudan da baş verib. BBC susursa, mövzu hələ təsdiqini tapmayıb”. Yaxud auditoriyada əminlik yaradırlar ki, “BBC üçün reytinq yox, həqiqət vacibdir”, “BBC jurnalistikanın ölçü vahididir”. Dünya ictimaiyyəti bu yalançı şüarlara inandırılıb. GAM-ın (Qlobal Auditoriya Ölçüsü) 2024-cü il üzrə hesabatına əsasən, BBC-nin auditoriyası həftəlik 450-500 milyon nəfər civarında olub (https://www.advanced-television.com/2024/07/22/bbcs-global-reach-remains-resilient). Bu rəqəmin böyük hissəsini beynəlxalq xəbər xidmətinin izləyiciləri təşkil edib. BBC World Service 42 dildə yayımlanır və dünyanın yarım milyard nəfərə yaxın əhalisi onun xəbərlərini izləyir.

Analitik mərkəzlər qeyd edirlər ki, BBC-nin obyektivliyi və qərəzsizliyi barədə deyilənlər, sadəcə illüziyadır. Şirkət qlobal oyunlarda rol alır, tərəf tutur, tendensiyalı davranır və nəticə olaraq, özü üçün dividentlər qazanır. “BBC: obyektiv jurnalistika, yoxsa mif?” başlıqlı məqalədə vurğulanır ki, BBC-nin yanlış, qərəzli, tendensiyalı məlumatlar yayması haqqında çoxsaylı nümunələr mövcuddur ( https://domford.net/post/bbc-myths/). Bu kontekstdə ən məşhur keyslərdən biri “Devid Kelli hadisəsi”dir. O, İraq müharibəsinin başlanmasında və gedişində BBC-nin qərəzli rolunu ehtiva edir. Qeyd edilir ki, qlobal güc mərkəzləri tərəfindən İraqın işğalına yönəlmiş müharibənin ideoloji hazırlıq prosesində BBC də rol alıb. İraqın kütləvi qırğın silahlarına, kimyəvi silahlara malik olması barədə qondarma “kəşfiyyat məlumatlarının” yayılmasında yaxından iştirak edib. Auditoriyasını inandırıb ki, “İraq bu silahları 45 dəqiqə müddətində işə salıb böyük fəlakətlər törədə bilər”.

Bəllidir ki, bu iddia İraq müharibəsinin gedişində öz təsdiqini tapmayıb. BBC-nin həmin iddianı sübuta yetirmək üçün ekspert qismində təqdim etdiyi Devid Kelli isə yanlış oyunlarda rol aldığına görə intihar edib. Ən acınacaqlısı budur ki, İraq müharibəsinin gedişində 1 milyon nəfərdən çox insan həyatını itirib. Bütün bunlara rəğmən, BBC “sudan quru çıxmağı” bacarıb.

İsrail–Qəzza münaqişəsi fonunda yol verdiyi yanlışlar isə BBC üçün ən rüsvayçı faktlardan biri kimi tarixə düşüb. “Al Jazeera”nin məlumatına əsasən, “BBC İsrail-Fələstin münaqişəsi ilə bağlı reportajlarında tərəfkeşlik və balanssızlıq ittihamları ilə üzləşib”. Öz fəaliyyəti ilə münaqişənin alovlanmasına, insan faciələrinin artmasına yol açıb. Bütün bunlar şirkətin öz əməkdaşlarının etiraflarında əksini tapıb. Belə ki, BBC-nin 8 nəfər əməkdaşı 2023-cü ilin noyabr ayında “Al Jazeera”ya məktub yazaraq, öz şirkətlərinin rəhbərliyi tərəfindən təqib olunduqlarını bildiriblər. Qeyd ediblər ki, müharibə bölgəsində gördükləri həqiqətləri yazmaq istəsələr də, şirkət rəhbərliyi onların qarşısına sədd çəkib, fəaliyyətlərinə maneələr törədib. Onlardan “həqiqətləri göstərən faktları deyil, redaksiyadan verilən tezisləri təsdiqləyən arqumentlər tapmağı” tələb edib. Repressiyaya məruz qalmaqdan ehtiyat edən jurnalistlər anonimlik istəyiblər.

Bu məktubda yazılanlar göstərir ki, BBC səhifələrində yer tutan yanlışlıqlar təsadüfi xarakter daşımır. Şirkət özünün maraqlarına uyğun olaraq, yalan xəbərlərin təqdimatı üzərində qurulmuş bir siyasət yürüdür. Yeri gəlmişkən, qeyd edək ki, monitorinq mərkəzlərinin hesabatlarına əsasən, BBC təkcə İsrail-Fələstin münaqişəsi haqqında reportajlarında 1553 dəfə qərəzlilik və qeyri-dəqiqlik nümayiş etdirib.

BBC-nin münaqişələri qızışdıran, insan fəlakətinə yol açan yanlış xəbərlər verməsi, siyasi proseslərdə rol alması barədə yüzlərlə nümunələr mövcuddur. Əgər Donald Tramp məhkəmədə qalib gələrsə, bu, BBC-nin yalan, yanlış hərəkətlərini isbat edən növbəti fakt olacaq və şirkətə ölümcül zərbə vuracaq. O baxımdan şirkət ciddi çaba göstərir, vəziyyətdən çıxmağa çalışır.

Hazırda iş məhkəməyə tam çatmayıb. BBC ilkin hüquqi cavab mərhələsinə hazırlaşır. Trampla razılaşmaya getməsi fonunda bütün mümkün ssenariləri dəyərləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri