BBC Gürcüstan hökumətinin şikayətini təmin etməkdən imtina edib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Böyük Britaniyanın BBC televiziya kanalı Gürcüstan hökumətinin şikayətinə cavab verib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Spiker qeyd edib ki, telekanal Gürcüstan haqqında hazırlanan sənədli filmdə təqdim olunmuş jurnalist materiallarını dəstəkləyib.
"Biz prosedura əməl edəcəyik. Hüquqşünaslarımız artıq Böyük Britaniya qanunvericiliyinə uyğun olaraq növbəti şikayət üzərində işləyirlər", - Papuaşvili əlavə edib.
Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası BBC telekanalına rəsmi şikayətlə ötən ay müraciət edib. Müraciətdə telekanaldan üzr istəməsi və materialların silinməsi tələbləri yer alıb.
Xatırladaq ki, BBC-nin ötən ilin dekabrında yayımladığı süjetdə 2024-cü ildə Tbilisidə keçirilmiş etiraz aksiyalarının dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialla bağlı dərhal istintaqa başlayıb və qeyd olunan dövrdə baş vermiş iğtişaşlar zamanı qadağan edilmiş hər hansı bir maddənin tətbiq olunmadığını sübuta yetirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 13 Fevral 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















