Icma.az
close
up
RU
BBC məhkəmə çəkişməsində...

BBC məhkəmə çəkişməsində...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

ABŞ Prezidenti telekanaldan 5 milyard dollar təzminat tələb edir

Xeyli müddətdir ki, davam edən Tramp - BBC qalmaqalı böyüyür. Bugünlərdə ABŞ Prezidenti süni intellekt və ya digər texnologiyalardan istifadə edərək sözlərini təhrif etdiyinə görə Britaniyanın BBC telekanalına qarşı məhkəmə iddiası qaldırıb.

Bu barədə “Reuters” məlumat yayıb. İddiaya görə, Tramp 6 yanvar 2021-ci il tarixli çıxışının bəzi hissələrinin telekanal tərəfindən yanlış redaktə olunduğuna görə ən azı 5 milyard dollar təzminat tələb edir.

Kapitoliyə basqın etməyə çağırış təəssüratı yaradan yanlış yayım

ABŞ Prezidentinin transmilli media qurumu olan BBC-yə qəzəbi telekanalın seçkilər ərəfəsində yayımladığı filmdən qaynaqlanır. Trampın hüquq komandasının nümayəndəsi bildirib ki, “BBC prezident seçkilərinə müdaxilə etmək cəhdi ilə sənədli filmi qəsdən və aldadıcı şəkildə redaktə etməklə Prezident Trampı rüsvay edib”.

“Tramp: İkinci Şans?” adlı sənədli filmdə Trampın 2021-ci il yanvarın 6-da söylədiyi çıxış montaj edilməklə onun həmin gün Kapitoli binasında baş vermiş iğtişaşları birbaşa təşviq etdiyi təəssüratı yaradılıb. Ötən ilin noyabrında yayımlanan sənədli film yalnız bu yaxınlarda BBC prodüserlərini tənqid edən daxili yazışmaların sızmasından sonra yenidən gündəmə gəlib.

Sənədli filmdə Trampın “Tam gücümüzlə mübarizə aparacağıq” cümləsini “Kapitoliyə gedəcəyik” ifadəsindən dərhal sonra söylədiyi göstərilir.

Əslində isə Tramp Kapitoliyə getmək barədə bəyanatından sonra “cəsur senatorlarımızı və konqresmenlərimizi dəstəkləyəcəklərini” deyib, “mübarizə aparmaq” ifadəsini isə təxminən bir saat sonra işlədib. Beləliklə də, BBC-nin yayımı Kapitoliyə basqın etməyə çağırış təəssüratı yaradıb ki, D.Tramp bunu soyuqqanlı qarşılaya bilməzdi.

BBC üzr istəsə də...

D.Trampın komandası məhkəmədə təzminat iddiası qaldırmazdan öncə BBC ilə münasibətləri, necə deyərlər, ikitərəfli razılaşma qaydasında  yoluna qoymağa çalışıb. Belə ki, Prezidentin vəkilləri bundan əvvəl BBC-yə göndərdikləri məktubda telekanaldan 2024-cü ildə ABŞ-da prezident seçkilərindən bir həftə əvvəl yayımlanan sənədli filmdə yer alan “yalan, böhtan xarakterli, nüfuzdan salan, aldadıcı və təhrikedici ifadələri” geri götürməyi tələb ediblər. Məktubda qeyd olunub ki, BBC həmin sənədli filmi öz saytından və sosial media hesablarından “tam şəkildə” silməli və “Prezident Trampın çəkdiyi zərərə görə uyğun kompensasiya” təmin edilməlidir. Əks halda, BBC-nin ABŞ-ın Florida ştatında “hüquqi tədbirlərlə üzləşəcəyi” bildirilib. “Sizi xəbərdar edirik. Zəhmət olmasa, müvafiq şəkildə davranın”, - deyə sosial mediada yayılan məktubda vurğulanır.

Hadisədən sonra BBC-nin baş direktoru Tim Deyvi və xəbər şöbəsinin rəhbəri Deborah Törness qalmaqal fonunda istefa veriblər. Tramp bu istefaları “Truth Social” platformasında alqışlayaraq onları “korrupsioner” və “nadürüst insanlar” adlandırıb.

BBC-nin sədri Samir Şah isə noyabrın 10-da sözügedən kadrın “aldadıcı” olduğunu etiraf edib və “səhv qərar” üçün üzr istəyib, lakin qurumun sistemli şəkildə qərəzli olması ilə bağlı iddiaları rədd edib. Eyni zamanda, telekanal baş verənlərlə bağlı bəyanat yayıb. “Biz etiraf edirik ki, redaktəmiz istər-istəməz, fərqli anlardan olan kliplər deyil, nitqin vahid, davamlı bölməsini göstərdiyimiz görüntüsü yaratdı və bu, Prezident Trampın birbaşa zorakı hərəkətlərə çağırdığı barədə yanlış təəssürat oyatdı. Düzəlişlər və aydınlaşdırmalar” bölməsində yerləşdirilmiş üzrxahlıqla yanaşı, BBC proqramı efirdən çıxarıb”, - deyə  bəyanatda vurğulanıb.

Belə görünür ki, BBC yanlış yayıma görə üzr istəsə də , bu, Tramp və onun komandası üçün yetərli olmayıb. Buna görə də Prezident - telekanal münasibətlərini məhkəmə müstəvisində çözmək qərara alınıb. Mütəxəssislər proseslərin bu şəkildə irəliləməsini iki baxış bucağından dəyərləndiriblər. Birincisi, Prezidentin komandasının telekanaldan təzminat tələbi Trampın ABŞ büdcəsinə mümkün qədər çox vəsait cəlb etmək siyasəti ilə izah oluna bilər. Düzdür, 5 milyard dünya nəhəngi olan ABŞ üçün dəryada damladır. Ancaq müdriklər “dama-dama göl olar “ ifadəsini təsadüfən işlətməyiblər. Ağ Evin yeni administrasiyası da bu yanaşmadan çıxış edir.

D.Tramp - BBC qarşıdurması eyni zamanda ABŞ Prezidentinin “fake” məlumatlar yayan mediaya qarşı qətiyyətli mübarizəyə başlamasının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Həqiqətən də, indi bu məsələ dünyanın kədərli reallıqlarından biridir. Ayrı -ayrı qeyri - hökumət təşkilatları, media subyektləri bu və ya digər siyasi qurumların, güc mərkəzlərinin əlində alətə çevriliblər. Çirkin işbirliyi yaranıb. Bir sıra hallarda ləyaqətli insanlar, ölkələrinin maraqlarından çıxış edəın siyasətçilər, partiya liderləri qərəzli sifarişlərin hədəfinə çevrilirlər. Onlara qarşı eyni mərkəzlərdən sifariş edilən “qara piar” aparılır. Təbii ki, belə kampaniyaların arxasında böyük həcmlərdə ödənişlər dayanır. Ayrı-ayrı əməkdaşlar, bütöv redaksiyalar pulla ələ alınır və onların fəaliyyəti istiqamətləndirilir. Xatırladaq ki,  Donald Tramp bundan əvvəl də onu tənqid edən jurnalistlərlə və media qurumları ilə də, necə deyərlər, haqq-hesab çəkib.  Belə ki, o, ikinci prezidentliyi dövründə indiyə qədər “The New York Times”, “The Wall Street Journal” və “ABC News”a qarşı böhtan iddiaları qaldırıb, həmçinin NPR və PBS-ə dövlət maliyyəsini azaldıb, “Associated Press” müxbirlərinin Ağ Evə akkreditasiyasını ləğv edib.

Belə görünür ki, indi növbə BBC-yə çatıb.  Azərbaycan BBC-nin saxta və qərəzli media maşını olduğunu dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Qurumun yayımlarında ədalət, beynəlxalq hüquq, demokratiya, obyektivlik kimi prinsiplər çoxdan unudulub. Belə ki, BBC-nin getdikcə daha çox dərəcədə ayrı-ayrı dairələrin və maliyyə qaynaqlarının ruporuna çevrildiyi, alət qismində istifadə olunduğu aydın şəkildə müşahidə edilir. Bütün bunlara görə BBC cəzalandırılmalıdır. Zamanında Azərbaycanın etdiyini, indi Ağ Ev, D.Tramp edir ki, bunu da Qərbin daha bir kədərli etirafı kimi dəyərləndirmək mümkündür.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Dekabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri