Icma.az
close
up
RU
BDU Avropa Universitetləri Sammitində Azərbaycanı öz stendi ilə təmsil edir

BDU Avropa Universitetləri Sammitində Azərbaycanı öz stendi ilə təmsil edir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 may, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) İtaliyanın Milan şəhərində “Times Higher Education” (THE) reytinq təşkilatı tərəfindən keçirilən Avropa Universitetləri Sammitində öz stendi ilə iştirak edərək Azərbaycanı təmsil edir. “Liderlik üçün birləşək: Avropanın ali təhsildə qlobal rolunun yüksəldilməsi” mövzusu altında keçirilən tədbir ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, innovativ yanaşmaların təşviqi və universitetlərarası tərəfdaşlıqların gücləndirilməsi baxımından mühüm platformadır.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU-nun stendində universitetin təhsil, elm, dayanıqlılıq və innovasiya sahəsində əldə etdiyi nailiyyətlər, müasir idarəetmə yanaşmaları, keyfiyyət təminatı mexanizmləri və beynəlxalq əməkdaşlıq imkanları geniş şəkildə təqdim olunur.

Stend sammit iştirakçıları, xarici qonaqlar və müxtəlif ölkələri təmsil edən universitet nümayəndələri tərəfindən böyük maraqla ziyarət edilir. Ziyarətçilərə BDU-nun tədris proqramları, elmi-tədqiqat istiqamətləri, beynəlxalq layihələrdə iştirakı, tələbə və müəllim mübadilə imkanları barədə ətraflı məlumat verilir. Bununla yanaşı, potensial tərəfdaşlıqlar müzakirə olunur və yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün ilkin təmaslar yaradılır.

Sammit çərçivəsində ali təhsilin aktual istiqamətləri – universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması, təhsildə keyfiyyətin təmin olunması, rəqəmsal transformasiya və dayanıqlı inkişaf kimi mühüm mövzular diqqət mərkəzindədir.

BDU-nun bu cür nüfuzlu beynəlxalq platformalarda təmsil olunması universitetin qlobal akademik məkanda mövqeyinin möhkəmləndirilməsinə və Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2026 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri