Icma.az
close
up
RU
Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək?

Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək?

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda buğda istehsalına milyonlarla manat dövlət dəstəyi göstərilir, məhsuldarlıq artırılır, yeni subsidiya mexanizmləri tətbiq olunur. Buna baxmayaraq, ölkənin buğda idxalına ehtiyacı azalmaq əvəzinə artır. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 841.7 min ton buğda idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.8% çoxdur. Beş il ərzində buğda istehsalına 548 milyon manat əkin və məhsul subsidiyası ödənilib, 2025-ci ildə isə buğda üzrə özünütəminetmə səviyyəsi 55.4% təşkil edib. Bəs dövlət dəstəyi niyə idxaldan asılılığı azaltmağa kifayət etmir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Məhsuldarlıq artır"

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, buğda istehsalına dövlət dəstəyinin əsas məqsədi yerli istehsalçının dəstəklənməsi, məhsuldarlığın artırılması və müasir istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsidir: "Bu istiqamətdə müəyyən artım da var. 2026-cı ildə buğda üzrə məhsuldarlıq 2021-ci illə müqayisədə 10.3%, 2025-ci illə müqayisədə isə 8.4% artaraq hektardan 36.3 sentnerə çatıb. Bu il buğda əkin sahəsi 460.5 min hektar, istehsal isə 1 milyon 605.3 min ton təşkil edib. Lakin əkin sahələrinin azalması fonunda buğda idxalı artıb. 2026-cı ilin yanvar-avqust aylarında idxal 841.7 min ton olub. Buğda strateji ərzaq məhsulu olduğundan, idxal daxili bazarda mövcud tələbatın tam və fasiləsiz təmin edilməsinə xidmət edir".

"Dövlət dəstəyinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür"

Nazirlikdən bildirilib ki, yerli istehsalın daxili tələbatın ödənilməsində payının artırılması üçün məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemlərinin genişləndirilməsi, sertifikatlı toxumdan istifadənin təşviqi, torpaqların konsolidasiyası və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür: "Bu məqsədlə 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Proqramda buğda istehsalı ilə bağlı konkret hədəflər müəyyənləşdirilib. Buğda istehsalı üzrə ixtisaslaşmış rayonlarda məhsuldarlığın 50 sentner/hektara çatdırılması, ölkə üzrə buğda istehsalının isə 20% artırılması nəzərdə tutulur. Bundan başqa, Qəbələ və Salyanda 20 min hektar sahədə torpaqların konsolidasiyası, təsərrüfatdaxili suvarma şəbəkəsinin qurulması, kadastr xəritələrinin yenilənməsi və su resurslarından istifadənin daha effektiv idarə olunması ilə bağlı pilot model tətbiq edilir".

Yeni subsidiya mexanizmi nəyi dəyişəcək?

Həmçinin bildirilib ki, 2027-ci il üçün yeni dövlət dəstəyi mexanizmlərində müasir suvarmadan istifadə edən fermerlərə daha yüksək subsidiya nəzərdə tutulub: "22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə 400 AZN/ha, ənənəvi suvarma və dəmyə şəraitində taxıl əkinlərinə isə 200 AZN/ha subsidiya ödəniləcək. Bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkinindən əvvəl lazer hamarlama tətbiq edən fermerlərə ilk il əkin subsidiyasına əlavə olaraq 250 AZN/ha ödəniləcək. Eyni zamanda, buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib. 2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyən fermerlərin əkin subsidiyası 50% azaldılacaq. 2027-2028-ci əkin mövsümündə isə belə fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək".

"Subsidiya təkbaşına kifayət etmir"

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, buğda idxalının 10.8% artmasını yalnız daxili istehsalın tələbatı ödəməməsi ilə izah etmək olmaz: "Burada daxili tələbatın strukturu, ərzaqlıq və yemlik buğdaya ehtiyac, eləcə də bazarın keyfiyyət tələbləri nəzərə alınmalıdır. Bununla belə, 841.7 min ton buğdanın idxal edilməsi və bu göstəricinin bir il ərzində 81. min ton artması daxili istehsalın məhsuldarlığı və rəqabət qabiliyyəti məsələsini gündəmdə saxlayır".

Ekspert hesab edir ki, buğdaya subsidiya verilməsi avtomatik olaraq idxalın azalması demək deyil: "Subsidiya istehsalçının xərclərinin müəyyən hissəsini kompensasiya edir və istehsala stimul yaradır. Lakin fermerin qərarına toxum, gübrə, yanacaq, suvarma, texnika, əmək və digər xərclərin səviyyəsi, eləcə də məhsulun satış qiyməti də təsir göstərir. Əgər bir hektardan əldə olunan məhsuldarlıq aşağıdırsa, subsidiya olsa belə, fermer üçün istehsalın iqtisadi səmərəliliyi kifayət qədər yüksək olmaya bilər. Əsas məsələ subsidiya ilə real məhsuldarlıq və fermerin gəlirliliyi arasında əlaqənin qurulmasıdır".

"Problem yalnız suvarmada deyil"

N.Əzizlinin fikrincə, Azərbaycanda buğda istehsalındakı problem bir amillə məhdudlaşmır: "Su təminatı, torpağın münbitliyi, keyfiyyətli toxum, düzgün gübrələmə, aqrotexniki tədbirlərin vaxtında aparılması və istehsal xərclərinin optimallaşdırılması bir-biri ilə bağlı məsələlərdir. Xüsusilə su təminatının zəif olduğu ərazilərdə yüksək məhsuldarlığa nail olmaq çətindir. Torpağın aqrokimyəvi xüsusiyyətləri nəzərə alınmadan aparılan gübrələmə isə həm iqtisadi baxımdan səmərəsiz ola, həm də torpağın münbitliyinə uzunmüddətli təsir göstərə bilər. Buna görə də buğda istehsalında torpaq analizləri və elmi əsaslandırılmış gübrələmə sistemi daha geniş tətbiq edilməlidir. Keyfiyyətli toxum da məhsuldarlığın əsas şərtlərindən biridir. Burada yalnız toxumun miqdarı deyil, onun genetik potensialı, sertifikatlaşdırılması və konkret torpaq-iqlim şəraitinə uyğunluğu əhəmiyyət daşıyır. 2026-cı ildən sertifikatlı toxum istifadəsinə dair tələblərin sərtləşdirilməsi bu istiqamətdə atılan addımlardan biridir. Eyni zamanda, yerli toxumçuluğun inkişaf etdirilməsi də əhəmiyyətlidir".

N.Əzizlinin fikrincə, buğda üzrə əsas hədəf sadəcə "daha çox əkin" deyil, "daha məhsuldar və daha səmərəli əkin" olmalıdır. Xaricdən buğda asılılığını azaltmaq üçün isə yalnız subsidiyaya deyil, bütöv istehsal zəncirinə diqqət yetirmək lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Oktyabr 2026 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri